Abşeron rayon İcra Hakimiyyətinin fəaliyyət planına əsasən Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasının məktəbəhazırlıq qrupunda ”Bədii təfəkkürün inkişafı” məşğəlsində uşaqlara “Vətən şeiri ” tədris edilib.
Rayon ərazisində yerləşən bir neçə məktəbəqədər təhsil müəssisəsinin müdiriləri və tərbiyəçilərinin iştirak etdikləri məşğələdə əvvəlçə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib.
Sonra bağçanın körpə fidanlarının ifasında vətənpərvərliyi tərrənnüm edən “Vətən” şeiri səsləndirilib.
Bağçanın tərbiyəçisi Sevinc Seyfullayeva məşğələ zamı körpə fidanlara mövzu haqqında ətraflı məlumat verib.
Tərbiyəçi məşğələdə yeni təlim üsullarından və əyani vasitələrdən də istifadə edib. Məşğələdə tədqiqatı aparmaq üçün qruplarla iş aparılıb. Körpə fidanlar qruplara bölünərək, qrup daxilində lider seçiblər. Qruplara tapşırıq və iş vərəqləri paylanılıb. Qruplar öz işlərini təqdim etdikdən sonra tərbiyəçi müəllim tərəfindən onların işi müzakirə olunub.
Məşğələnin sonunda bağçanın müdiri Könül İbrahimova çıxış edərək bildirib ki, məşğələnin məqsədi Azərbaycanın gələcəyi olan nur üzlü körpələrin vətənə sevgisini artırmaq, onlara vətənpərvərlik hissləri aşılamaqdır.
Daha sonra çıxış edən Abşeron RİH-in rəsmisi Samirə İsmayılzadə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın məktəbəqədər təhsilə göstərdiyi qayğı nəticəsində əldə edilən nailiyyətlərdən, körpə fidanların hərtərəfli inkişafı ilə əlaqədar həyata keçirilən uğurlu layihələrdən bəhs edib.