Abşeron rayon İcra Hakimiyyətinin fəaliyyət planına əsasən Qobu qəsəbə 11 saylı körpələr evi-uşaq bağçasının məktəbəhazırlıq qrupunda ”Ətraf aləmlə tanışlıq” məşğəlsində uşaqlara ulu öndərimiz Heydər Əliyevin həyat və yaradıçılığı tədris edilib.
Rayon ərazisində yerləşən bir neçə məktəbəqədər təhsil müəssisəsinin müdiriləri və tərbiyəçilərinin iştirak etdikləri məşğələdə əvvəlçə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib.
Bağçanın tərbiyəçisi Aynurə Ağaverdiyeva məşğələ zamı körpə fidanlara ümummilli Lider Heydər Əliyevin həyatı, fəaliyyəti və rəhbərliyi dövründə yeritdiyi uğurlu siyasəti barədə geniş məlumat verib, müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edib.
Tərbiyəçi məşğələdə yeni təlim üsullarından və əyani vasitələrdən də istifadə edib. Məşğələdə tədqiqatı aparmaq üçün qruplarla iş aparılıb. Körpə fidanlar qruplara bölünərək, qrup daxilində lider seçiblər. Qruplara tapşırıq və iş vərəqləri paylanılıb. Qruplar öz işlərini təqdim etdikdən sonra tərbiyəçi müəllim tərəfindən onların işi müzakirə olunub.
Məşğələnin sonunda bağçanın müdiri Kəmalə Nəcəfova çıxış edərək bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur.
Ölkəmizdə uşaq siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan Abşeron RİH-in əməkdaşı Seymur Qasımov bildirib ki, ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqların hüquqlarının müdafiəsi, onlara yüksək səviyyəli qayğıkeşlik, Vətənə layiqli övlad kimi yetişdirilməsi üçün aparılan məqsədyönlü işlər uşaqlara sonsuz məhəbbətdən xəbər verir.
S. Qasımov həmçinin rayon rəhbərliyi tərəfindən Abşeron rayonunun kənd və qəsəbələrində təhsil və məktəbəqədər təhsil sahəsində aparılan işlər, rayonda həyata keçirilən layihələr barədə ətraflı məlumat verərək bildirib ki, Abşeronda son illər 50-dən çox bağça və məktəb tikilərək istifadəyə verilib.