Abşeron rayonunun ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yaxşılaşdırılması, fənlərin tədrisinin vəziyyətinin yüksəldilməsi, müəllim və şagirdlərin təlimə olan marağının artırılması, onlarda tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyət səviyyəsinin öyrənilməsi və təbliği, qabaqcıl təcrübənin öyrənilməsi, təlim prosesini öyrədənlərin və məktəb rəhbərlərinin məsuliyyətinin artırılması, istedadlı uşaqların aşkarlanması məqsədilə “Xarici dil aylığı”na yekun vurulub.
Bu məqsədlə fevrlaın 7-də Masazır 5 nömrəli tam orta məktəbdə “Xarici dil aylığı”nın yekununa həsr olunmuş tədbir keçirilib. Tədbirdə təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları, fənn metodbirləşmə rəhbərləri və rayonun təcrübəli müəllimləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları şagirdlərin əl işlərindən hazırlanmış sərgi ilə tanış olublar. Daha sonra rayonun xarici dil müəllimlərinin hazırladıqları nümunəvi dərslər dinlənilib.
Dəyirmi masa arxasında davam edən tədbirdə dinlənilən dərslər müzakirə olunub. Abşeron Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova ümumtəhsil məktəblərinin şagird və müəllimlərinin aylıq çərçivəsində hazırladıqları tədbirləri yüksək dəyərləndirib, minnətdarlığını bildirib.
Sonda Abşeron RTŞ-nın metodisti Səkinə Abbasovanın aylıq çərçivəsində görülən işlər barədə hesabtı dinlənilib.