Məmmədli kənd 10 saylı körpələr evi-uşaq bağçasında 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilib.Tədbirdə bağçanın müdiri Vəfa Rəsulova 8 Mart -Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edərək bildirib ki, Azərbaycan qadını hər zaman özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə seçilmiş, Şərqdə ilk dəfə seçki hüququ da Azərbaycan qadınına verilmişdir. Bununla da ölkəmizdə qadına verilən qiymət bir daha öz təsdiqini tapmışdır.
Sonra körpə fidanlar müxtəlif səhnəciklər təqdim edib, şeir və mahnılar səsləndiriblər.