Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Qafqaz Universiteti ilə birgə yeni layihəsi "Məktəb direktorlarının professionallığını artırmaq və yeni məktəb direktorları yetişdirmək"

Tarix:29-11-2013, 03:56

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin  Qafqaz Universiteti ilə birgə yeni  layihəsi "Məktəb direktorlarının professionallığını artırmaq və yeni məktəb direktorları yetişdirmək"
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Qafqaz Universiteti ilə əməkdaşlıq çərçivəsində məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edir.
Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, zəruri pedaqoji və psixoloji bilikləri olan, strateji düşüncə tərzi sərgiləyən ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorları yetişdirməkdir.
İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edəcək.
Təlimlərin müddəti:
Təlimlər 2014-cü ilin 21 yanvar – 21 aprel (3 ay) tarixlərini əhatə edəcək.
Dərslər gündə 3 saat (həftəlik 15 saat) olmaqla, həftənin 5 günü təşkil ediləcək.
Təlimlərin günün müxtəlif vaxtlarında (səhər və günorta) keçirilməsi planlaşdırılır.
Təlimdə əhatə ediləcək mövzular:
• Təhsildə keyfiyyətin idarəedilməsi
• Təhsil hüququ. Peşə etikası
• Kompüter və təlim texnologiyaları
• Təhsildə statistika və təhlil
• Təhsildə liderlik və təşkilatçılıq
• Psixologiya və fərdi inkişaf
• Kurikulum: Nəzəriyyə və tətbiq
• Təhsildə maliyyənin idarəolunması
• Məktəb icması və ictimaiyyətlə münasibətlərin təşkili
Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısa müddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə müzakirələr də təşkil ediləcək.
Müsabiqədə iştirak üçün minimum tələblər:
• Ali pedaqoji təhsil
• 5 (beş) il pedaqoji iş təcrübəsi
Namizədlərdən gözlənilən digər keyfiyyətlər:
• Liderlik bacarığı
• Yüksək motivasiyalılıq
• Səmərəli qərar qəbul etmə bacarığı
• Nəticəyönümlülük
• İKT-dən istifadə bacarığı
Müraciət qaydaları:
Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (ƏLAVƏ 1) (http://edu.gov.az/upload/file/muraciet-formasi.doc) dolduraraq [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Müraciət üçün son tarix: 15 dekabr 2013-сü il
Seçim qaydaları:
Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına ([email protected][email protected]) göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Hər üç mərhələnin nəticəsi olaraq 50 nəfərin seçimi nəzərdə tutulur.
Yekun qiymətləndirmə:
Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq imtahanda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə “Uğur sertifikatı” təqdim olunacaq. “Uğur sertifikatı” əldə etmiş və hal-hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr tətbiq olunacaq, gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar isə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.

Növbədənkənar seçkilər əsl Zəfər seçkisi olacaq
Növbədənkənar seçkilər əsl Zəfər seçkisi olacaq
Xalqımızın Zəfər sevinci
Xalqımızın Zəfər sevinci
Heydər Əliyev hələ sağlığında əfsanəvi liderə çevrilmişdir
Heydər Əliyev hələ sağlığında əfsanəvi liderə çevrilmişdir
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi