Xırdalan şəhər 1 saylı körpələr evi-uşaq bağçasında keçirilən məşğələdə körpə fidanlara bağçanın tərbiyyəçi müəlliməsi Günel Abbasova tərəfindən “Ev heyvanları” tədris edilib.
Əvvəlcə uşaqlar tərbiyəçinin “Ev heyvanları” haqqında verdiyi sualları cavablandıraraq biliklərini nümayiş etdiriblər.
G.Abbasova məşğələdə yeni təlim üsullarından və əyani vasitələrdən istifadə etdib. Körpələr qrupunda açıq məşğələ zamanı yeni mövzunun öyrənilməsi üçün motivasiya qurulub, uşaqlara qrup işində düşündürücü suallar verilib. Uşaqlar məşğələ zamanı həm öyrənib, həm də əyləniblər.
Qruplar öz işlərini təqdim etdikdən sonra tərbiyəçi müəllim tərəfindən onların işi müzakirə olunub.
Məşğələdən sonra onun təhlili aparılıb. Bağçanın müdirəsi Vüsalə Məşədiyeva çıxışında "açıq məşğələ"nin yaxşı keçdiyini vurğulayıb. Bildirilib ki, bağçada uşaqlara canlı və cansız aləmlə tanışlıq, təbiətin qanunauyğunluqlarını başa salmaqla yanaşı, onlarda vətənpərvərlik, canıyananlıq, mehribanlıq, tapşırıqlara əməl etmək, təmizkarlıq, qətiyyətlilik, doğruçuluq, dostluq, yoldaşlıq kimi mənəvi-əxlaqi keyfiyyətlərin formalaşdırılması istiqamətində ardıcıl iş aparılır.