Saray qəsəbə 14 saylı uşaq bağçasında "Əlvida bağça, salam məktəb" tədbiri keçirilib. Tədbirdə çıxış edən valideynlər və müəllimlər bağça və uşaqlar ilə bağlı öz ürək sözlərini söyləyiblər. Bağçanın direktoru Rəhilə Əliyeva çıxış edərək qürur hissi ilə bağçanın qazandığı uğurlardan danışıb.
Daha sonra balaca fidanlar vətənə, müəllimə, ana dilimizə, təbiətə, sülhə həsr edilən şeirlər söyləyiblər. Tədbirdə həmçinin uşaqların iştirakı ilə hazırlanmış rəqslər nümayiş etdirilib. Ümummilli lider Heydər Əliyev, Nizami Gəncəvi, Nəsimi kimi dahilərin vətən, Azərbaycan haqqında fikirləri səsləndirilib. "Anam mehribanım Azərbaycanım”, "Biz məktəbə hazırıq” və s. kimi mahnıların ifası tədbiri daha da maraqlı edib.
Sonda balaca fidanlara fotolarından ibarət albom və hədiyyələr təqdim edilib.