Xəbər lentİ

Abşeronlu şagird yazı müsabiqəsinin qalibi oldu

08:53, 16.09.20
Oxunub: 928
TƏHSİL / MARAQLI
Abşeronlu şagird yazı müsabiqəsinin qalibi oldu

Görünməz təhlükə olan, bütün dünyada yayılan yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində müxtəlif tədbirlər görülür. İndiki dövrdə ən vacib və mürəkkəb vəzifə, ilk növbədə, tibb işçilərinin, polis əməkdaşlarının və fövqəladə hallar orqanlarında çalışan cəsur və əzmkar insanların üzərinə düşür. Onların əməyini qiymətləndirmək, “Evdə qal!”, “Sanitar normalara riayət et!” çağırışlarına qoşularaq dəstək olmaq isə hər bir vətəndaşın borcudur. Bu məqsədlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində aprelin 15-dən mayın 15-dək “Görünməyən qəhrəmanlar” mövzusuna həsr olunmuş “Ən yaxşı yazı” müsabiqəsi elan edib. İki mərhələdən ibarət müsabiqəyə 46 yazı təqdim olunub. Məqalələrin münsiflər heyəti tərəfindən dəyərləndirilməsi prosesi başa çatıb və nəticələr məlum olub.

Bu sözləri müsabiqə qaliblərinin mükafatlandırılması mərasimində komitə sədrinin müavini Sədaqət Qəhrəmanova deyib.

O bildirib ki, müsabiqə əvvəlcə yazarlar və jurnalistlər arasında elan edilsə də, onun mövzusu məktəblilərin də böyük marağına səbəb olub və onlar tərəfindən çoxsaylı yazılar təqdim edilib. Bunu nəzərə alaraq münsiflər heyəti tərəfindən iki nominasiya müəyyən edilib: yazarlar və jurnalistlər arasında, məktəblilər arasında. Nəticələrə əsasən, kinoredaktor Rafiq Səməndər və Abşeron rayonu, Saray qəsəbəsi, Azim Müzəffərov adına 2 saylı tam orta məktəbin VII sinif şagirdi Səma Quliyeva qalib elan ediliblər.

Sonra mükafatlandırma mərasimi keçirilib, müsabiqənin qaliblərinə diplom və hədiyyələr təqdim olunub.

Komitə sədrinin müavini Aynur Sofiyeva, müsabiqənin qalibləri Rafiq Səməndər və Səma Quliyeva pandemiya dövründə hər kəsi həmrəy olmağa, “görünməyən qəhrəmanlar”ın əməyini yüksək dəyərləndirməyə və onlara dəstək olmağa səsləyiblər.

Fikirlər

 Oxşar xəbərlər: