Xırdalan bağçalarında Dünya Azərbaycanlılarının Həmrəylik Günü
Tarix:26-12-2014, 02:11
Hər il olduğu kimi bu
ilində Dekabr ayının son 10 günlüyü uşaqlar üçün sevinc, bayram günləridir.Çünki,
bu ayın sonu azərbaycanlılar iki bayramı-"Yeni il" və "Dünya Azərbaycanlılarının
Həmrəylik Gününü" qeyd edirlər.
Elə bu səbəblə 25 Dekabr 2014-cü il tarixdə
Xırdalan şəhər 17,23 və 25 №-li körpələr
evi-uşaq bağçalarında balaca fidanlar "Dünya Azərbaycanlılarının
Həmrəylik Günü" bayramını keçirdilər.31 Dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu
bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar
arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının
Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir
zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən
qeyd olunur.
Xırdalan 17, 23 və 25 №-li körpələr evi-uşaq bağçalarının uşaqlarıda bu bayramın azərbaycanlılar üçün nə
qədər vacib olduğunu anlayır və öz tədbirləri ilə bizə çatdırmağa
çalışdılar.Onlar bunu uğurla həyata keçirdilər.Uşaqların ifasında şeirlər,
musiqi nömrələri, səhnəciklər qonaqları valeh etdi.Hər kəs balacaları həvəslə
seyr edir, könüldən alqışlayırdılar.
Tədbirdə "Şaxta baba” və " Qar qız
" qonaqları salamlayaraq, onlara
2015-ci ilində can sağlığı arzulayaraq, uşaqların yeni il hədiyyələrini payladılar və
bayramlarını təbrik etdilər
Balaca
fidanların bayram şənliklərində çıxış edən Abşeron rayon təhsil şöbəsinin
metodisti Samirə Məmmədova bildirdi ki, Ulu
Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları,
ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya
uğrunda birləşdirmişdir. Əminliklə demək olar ki, bu gün dünyanın harasında
yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan dövlətini özünün
Vətəni hesab edir və ölkəmizi dünyada təbliğ edir. Azərbaycanlılar öz dövlətinin
olmaları ilə qürur duyur və sahibi olduqları ölkəninin inkişafı üçün bütün
addımları atır
Sonda Valdeyinlər və qonaqlar uşaqlara yaradılan bu şəraitə görə rayon rəhbəri cənab
Zakir Fərəcova öz minnətdarlıqlarını bildirdilər.