Saray qəsəbə 3 nömrəli məktəbin şagirdləri də 20 Yanvar faciəsinə biganə qalmadı
Tarix:19-01-2015, 13:25
20 Yanvar Faciəsi.......Artıq o faciədən 25 il ötür.
Lakin Azərbaycan xalqı ona edilən bu amansızlığı unutmur və unutmayacaq.Nəsil dəyişir artıq bu gün məktəbdə təhsil alan şagirdlərimizin valideyinləri belə həmin günün şahidləri deyil.Amma rayonumuzun Saray qəsəbə 3 nömrəli məktəbinin 20 Yanvar faciəsini anmaq üçün hazırlanmış tədbirini izləmək məqsədi ilə zala daxil olanda damarda qanımız dondu.Məktəbin sinif rəhbərliyini Sevil Əmrahovanın etdiyi 3c sinifinin şagirdləri ən az bir aktyor qədər, bir bədii qiraətçi qədər canlandırdıqları obrazlarla, səsləndirdikləri şeirlərlə bizi heyrətləndirməyi bacardılar.Şagirdlər ağlayıb , sızlamağı yox o günün bizə hüzn gətirən şəhidlərimizlə fəxr etməyi nümayiş etdirdilər. Məktəblilər faciənin qurbanlarının ruhu qarşısında baş əydiklərini, onların canları bahasına bu gün azad yaşadıqlarını bildirdilər.Bu balaca məktəblilər o qanlı gecəni məktəb səhnəsində yaşadılar və tamaşaçıya yaşatdılar.
Tədbirdə Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nadir Ağayev, Azəri-Türk Qadınlar Birliyi cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı, Təhsil Problemləri İnistitutunun əməkdaşı Bibixanım İbadova , Azərbyacan Müəllimlər İnistitutunun İxtisasartırma və Yenidənhazırlanma fakultəsinin dekan müavini Xuraman Nağızadə, Araşdırmalar və Təhsildə İnnovasiyalar Mərkəzinin metodistləri Mətanət Abbasova, Arzu Kərimova, Solmayə Əmrəliyeva , Abşeron rayon Qarabağ Əlilləri Cəmiyyətinin sədr müavini Xudakərim bəy iştirak edirdi. Tədbirin sonunda onlarda şagirdlərin bu məharətini yüksək qiymətləndirdilər.