Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalan şəhər 2 saylı məktəbdə" İnformatika Gecəsi " Kecirildi

Tarix:15-02-2015, 03:02


Fevralın 13-də Abşeron rayon Xırdalan şəhər 2 saylı tam orta məktəbdə "İnformatika - dünən, bu gün, sabah" mövzusunda tədbir keçirildi. Məktəbin direktor müavini və informatika müəlliməsi Dilarə Əlisutanovanın təşkil etdiyi tədbirin əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf mərhələlərini göstərmək, bu haqda şagirdlərə geniş məlumat vermək idi.
Tədbirdə Abşeron rayonunda fəaliyyət göstərən bir sıra orta məktəb rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər, eyni zamanda Abşeron Rayon Təhsil şöbəsinin müdir müavini Pərviz Əhmədov, İnformatika üzrə Təhsil şöbəsinin metodisti Xalidə Hüseyinova iştirak edirdilər.
Tədbir Azərbaycanın Dövlət himninin ifası ilə başladı. Sonra görkəmli alim Lütfi Zadə, eləcə də kompüter avtomatikası, ENİAC (Elektronik Numerical İnteqrator - Elektron Rəqəmli İnteqrator və Hesablayıcı), WIFI-lı lampalar haqqında maraqlı məlumatlar slaydlar vasitəsi ilə iştirakçıların diqqətinə çatdırıldı. Kompüterə aid atalar sözləri və aforizmlər səsləndirildi.
Tədbir boyu şagirdlər səhnəciklərlə keçmişə və gələcəyə səyahət edərək obrazlı şəkildə keçmişlə gələcək arasında körpü yaratdılar. Şagirdlər İKT-nin keçdiyi inkişaf mərhələlərini göstərməklə yanaşı, gələcəkdə hansı inkişaf səviyyəsinə yüksələcəyini də çox maraqlı formada nümayiş etdirib tamaşaçıların alqışını qazandılar. Tədbirdə habelə şagirdlərin ifasında dilbər guşəmiz olan Qarabağ, vətənimiz Azərbaycan və Abşeron haqqında mahnılar səsləndi.
Sonra informatika üzrə bilik və bacarıq yarışması keçirildi. Bir neçə mərhələdən ibarət yarışmada qalib gələn komandaya diplom və qiymətli hədiyyələr təqdimolundu.
Gecənin sonunda məktəbin direktoru Ədalət xanım Camalova 2013-cü ilin ölkəmizdə "İKT ili" elan olunduğunu, bu baxımdan tədbirin mühüm əhəmiyyət kəsb etdiyini söylədi, tədbirin təşkilatçısı Dilarə Əlisutanovaya və şagirdlərə təşəkkürünü bildirdi.

Baş redaktor: Şamo Əliyev

Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib