Abşeron qəzetinin yeni sayı
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
3-03-2018, 16:37 Oxunub: 475

Parisdə erməni təxribatı - Xocalı tədbirinə mane olmağa çalışdılar

Parisdə erməni təxribatı - Xocalı tədbirinə mane olmağa çalışdılar


Parisin tarixi Notr-Dam-de-Blan-Manto kilsəsində Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə anım konserti təşkil olunub. Tədbir Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Bu ölkədə fəaliyyət göstərən güclü erməni lobbisi tədbirə müdaxilə etməyə çalışsa da , buna nail ola bilməyib.

Əraziyə təhlükəsizlik məqsədi ilə iki polis maşını və 15-ə yaxın asayiş keşikçisi cəlb olunub.

Erməni təxribatçıları tədbiri pozmaq üçün öz musiqilərini səsləndirmək istəsələr də, bunun qarşısı polislər tərəfindən alınıb.

Tədbirə gəlincə, anım konsertində Eyyub Quliyevin rəhbərlik etdiyi Helios orkestrinin ifasında Azərbaycan və Qərb klassik musiqisinin dahi simalarının əsərləri səsləndirilib.

Mərasimdə fransalı deputat Andre Vilye, Türkiyənin Fransadakı səfiri İsmayıl Haqqı Musa və digər rəsmi şəxslər iştirak ediblər. Anım mərasimini açan Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev Xocalı soyqırımının törədilmə səbəbləri, dinc azərbaycanlı əhaliyə qarşı edilən amansızlıq, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrindən danışıb.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, sabiq deputat Fransua Mansel çıxışında bildirib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsi daim qəlbimizdə yaşayacaq. F. Mansel Fransanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, ədalətli şəkildə həll olunması naminə daha aktiv fəaliyyət göstərməli olduğunu vurğulayıb.

Konsertdə Qara Qarayevin "Funeral Ode", Fikrət Əmirovun "A la mémoire de Nizami" və digər məşhur əsərlərlə yanaşı, gənc azərbaycanlı bəstəkar Etibar Əsədlinin Xocalı qurbanlarının xatirəsinə həsr etdiyi "Exit" əsəri ilk dəfə olaraq səsləndirilib və böyük maraqla qarşılanıb. Skripkada Solen Paidassi, klarnetdə Helios Azurayın ifasında səsləndirilən həzin musiqi əsərlərinə böyük maraqla qulaq asan tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini böyük ehtiramla yad ediblər.
XƏBƏR LENTİ
14-11-2019, 17:11 | “İstilik” MMC-nin drektoru Abbasov Elbrus Mahmud oğlu dünən vəfat edib.14-11-2019, 14:25 | İradə Gülməmmədova Hökməli sakinləri ilə görüşdü13-11-2019, 15:37 | Abşeronlu şagirdlər “Ölkəmizi tanıyaq” tur-aksiyası ilə səfərə çıxdı13-11-2019, 09:08 | Abşeronda “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə görüş keçirildi11-11-2019, 19:40 | 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür9-11-2019, 23:31 | Xırdalanın 3 saylı bağçasında “Dövlət Bayrağı Günü” qeyd edilib - FOTOLAR9-11-2019, 15:29 | Xırdalan 10 saylı məktəbin Bayraq Günü fləşmobu9-11-2019, 15:20 | Ceyranbatanın 1 saylı məktəbində şagirdlər arasında breyn-rinq yarışı keçirilib - Video9-11-2019, 14:44 | 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü9-11-2019, 14:12 | İradə Gülməmmədova yarmarkada oldu, tapşırıqlar verdi - FOTOLAR8-11-2019, 16:54 | Abşeronda 10 minə yaxın insanın iştirakı ilə Dövlət Bayrağı Günü qeyd edildi - FOTOLAR7-11-2019, 16:06 | Abşeronda kənd təsərrüfatı məhsullarının satış-yarmarkası fəaliyyətə başlayacaq7-11-2019, 15:48 | Qaldırılan məsələlər vaxtında yerinə yetirilir7-11-2019, 15:25 | İradə Gülməmmədova Saray qəsəbəsində səyyar qəbul keçirdi - Foto6-11-2019, 16:57 | Körpə fidanlar möhtəşəm Bayraq Günü qeyd etdilər - FOTOLAR6-11-2019, 14:32 | Xırdalanın 27 saylı bağçasında “Dövlət Bayrağı Günü” qeyd edildi5-11-2019, 19:52 | Abşeron rayonunda qanvermə aksiyası keçirilib - FOTO5-11-2019, 14:27 | Abşeronda yaşayanlara ŞAD XƏBƏR - VİDEO5-11-2019, 14:08 | Radio və televiziya işçilərinin peşə bayramı qeyd edilib4-11-2019, 08:34 | Səfər Mehdiyev Abşeronda vətəndaşları qəbul edəcək2-11-2019, 10:20 | Abşeron gənclərinin peşə və ixtisas seçiminə dəstək məqsədilə tədbir keçirilib2-11-2019, 09:49 | Abşeronda “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq – yaradıcılıq müsabiqəsi keçirilib