Abşeron qəzetinin yeni sayı
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
25-08-2016, 19:35 Oxunub: 1527

Azərbaycan multikulturalizmi Abşeron gəncləri arasında təbliğ edilir

Azərbaycan multikulturalizmi Abşeron gəncləri arasında təbliğ edilir


25.08.2016-cı ildə "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Abşeron rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xırdalan şərərində "Dövlət –din münasibətlərinin Azərbaycan modeli: Gənclərin qarşısında duran vəzifələr" adlı layihəsi çərçivəsində tədbir keçirib.

Tədbiri giriş sözü ilə Abşeron rayon icra hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Vüqar Bəşirov açaraq tədbir iştirakçılarını salamladıqdan sonra, Abşeron rayonun etnik-dini tərkibi haqqında məlumat verib.

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov çıxışında layihənin məqsədi haqqında məlumat verərək bidirib ki, Azərbaycanda multikulturalizmin və tolerantlığının təbliği ilə bağlı ölkədə ideoloji maarifçiliyin aparılması, eyni zamanda gənclərin yad və radikal sektaların təsirindən qorunmaları üçün azərbaycançılığın təməllərindən biri olan Azərbaycan multikulturalizm siyasətinin region gəncləri arasında daha dərindən mənimsənilməsinə zəruri olduğunu vurğulayıb. TUMİB sədri çıxışını davam edərək bildirdi ki, Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti cənab Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Natiq çıxışına davam edərək, Prezident İlham Əliyev tərəfindən 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi heç də təsadüfi olmadığını və bunun dərin tarixi köklərinin olmasından bəhs edib.

Toplantıda TUMİB-in idarə heyyətinin üzvü Seymur Verdizadə bildirdi ki, dədə-babalarımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərə, dövlət və din münasibətlərinə Azərbaycan xüsusi həssaslıqla yanaşır ki, bu da dünya üçün bir nümunədir. Natiq qeyd edib ki, ölkəmizdə heç vaxt dini və etnik zəmində heç bir qarşıdurma olmayıb.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə aparıcı məsləhətçi Şahlar Məmmədov isə Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb, bununla bağlı dərin tarixi baza formalaşdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Güzdək kənd "Rəsulullah" məscidinin axundu Mirkazım Kazımlı, Masazır kənd icra nümayəndəliyinin müavini Fəxrəddin Hacıbəyli və başqaları çıxış edərək, mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Şamo Əliyev

Azərbaycan multikulturalizmi Abşeron gəncləri arasında təbliğ edilir
Azərbaycan multikulturalizmi Abşeron gəncləri arasında təbliğ edilir
Azərbaycan multikulturalizmi Abşeron gəncləri arasında təbliğ edilir
Azərbaycan multikulturalizmi Abşeron gəncləri arasında təbliğ edilir
Azərbaycan multikulturalizmi Abşeron gəncləri arasında təbliğ edilir
XƏBƏR LENTİ
Dünən, 13:40 | İradə Gülməmmədova vətəndaşları fərdi şəkildə qəbul etdi22-06-2019, 14:04 | Abşeronlu gənclər “N” saylı hərbi hissədə “ Açıq qapı” günündə iştirak ediblər22-06-2019, 13:12 | Bakı Mühəndislik Universitetində “Məzun Günü” keçirilib21-06-2019, 16:37 | İradə Gülməmmədovanın Mehdiabad qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib21-06-2019, 15:21 | Komitə rəsmisi: Dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi bir kilometrdən az radiusda müxtəlif dini icmalar yanaşı yaşamır21-06-2019, 15:20 | Komitə sədri: Prezidentin sərəncamları əhalinin sosial yaşayışını yaxşılaşdırmaq istiqamətində tarixi addımlardır21-06-2019, 15:18 | Azərbaycan və Koreya arasında səhiyyə sahəsində əməkdaşlığın artırılması məsələləri müzakirə ediləcək21-06-2019, 12:03 | Böyrək xəstəlikləri zamanı qarpız yemək faydalıdır yoxsa ziyanlı?21-06-2019, 12:01 | Ürəyi xəstə olanlara bu qidalar qadağandır – SİYAHI21-06-2019, 11:59 | Sizdə bu simptomlar varsa, daha çox su içməlisiniz21-06-2019, 11:53 | Bogaz ağrısı zamanı 3 SINANMIŞ TƏBİİ VASİTƏ21-06-2019, 11:52 | Bu şəhərdə 5G şəbəkəsi ilə təchiz olunan avtobus xətti istifadəyə verilib21-06-2019, 11:50 | "Prezident sosial islahatları dərinləşdirir"21-06-2019, 11:48 | Minskdə 2-ci Avropa Oyunları çərçivəsində Azərbaycan Günü keçirilib20-06-2019, 22:36 | Birinci vitse-prezident Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub20-06-2019, 18:49 | Ə.N.Nağıyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı20-06-2019, 18:48 | M.Q.Quliyevin Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı20-06-2019, 18:47 | M.Q.Quliyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı20-06-2019, 18:46 | “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı20-06-2019, 18:44 | V.S.Eyvazovun Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı20-06-2019, 18:43 | V.S.Eyvazovun Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı20-06-2019, 18:41 | R.İ.Usubovun Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı