Abşeron qəzetinin yeni sayı
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
17-08-2017, 13:51 Oxunub: 363

Mehdiabad-Fatmayı-Görədil avtomobil yolu yenidən qurulur

Mehdiabad-Fatmayı-Görədil avtomobil yolu yenidən qurulur


Hazırda sözügedən avtomobil yolunun Mehdiabad hissəsinin yenidən qurulması işləri aparılır.

Mehdiabad-Fatmayı-Görədil yolu uzun müddət idi ki, əsaslı şəkildə təmir olunmurdu. Nəticədə yolun hərəkət hissəsində qabarmış və deformasiyaya uğramış ərazilər yaranıb. Üstəlik yol boyu piyada səkilərinin olmaması vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəlişində çətinliklər yaradırdı. Artıq bu problem geridə qalır.

Belə ki, eni 9-11 metr arası dəyişən yolun yenidən qurulması işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra qazılmış ərazilərə karbonat materialı tökülərək kipləşdirilib və yolun hərəkət hissəsinin asfaltlanması işlərinə başlanılıb.

İki hərəkət zolaqlı olan yola 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənir.Bundan başqa vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində piyada səkiləri inşa ediləcək, səkilərin kənarlarına səki daşları düzüləcək və ərazidə piyada səkilərinin hərəkət hissəsinin asfaltlanması işləri aparılacaq.

Yolun yenidən qurulması işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Sözügedən hissədə işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Şamo Əliyev

Mehdiabad-Fatmayı-Görədil avtomobil yolu yenidən qurulur
Mehdiabad-Fatmayı-Görədil avtomobil yolu yenidən qurulur
Mehdiabad-Fatmayı-Görədil avtomobil yolu yenidən qurulur
Mehdiabad-Fatmayı-Görədil avtomobil yolu yenidən qurulur
XƏBƏR LENTİ
21:42 | 24 nömrəli körpələr evi-uşaq bağçasında "açıq məşğələ" 20:41 | 1 saylı uşaq bağçasında “Milli Musiqi günü” münasibətilə tədbir keçirildi 16:02 | Xırdalan şəhər 24 saylı uşaq bağçasından reportaj-ARB Günəş 15:22 | Abşeron rayonunda” Milli Musiqi Günü “ qeyd edildi. 01:48 | Xırdalan şəhər 2 saylı məktəbdə 15 senyabr "Bilik günü" qeyd olundu 01:24 | Xırdalan şəhərində kino mövsümünün açılışı günü qeyd olundu 21:17 | Abşeron rayon İcra hakimiyyətinin və Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun dəstəyi ilə İslam həmrəyliyi ilinə həsr edilmiş tədbir keçirilmişdir 20:38 | Xırdalan şəhər 27 saylı Uşaq bağçası və körpələr evində yeni dərs ilinin başlanması qeyd olundu 17:54 | Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecində Bilik günü qeyd olundu 17:45 | Rayon rəhbərliyi Mehdiabad qəsəbəsi 4 saylı məktəbdə oldu 17:07 | Bakı Mühəndislik Universitetində "Bilik günü" qeyd olundu 15:53 | Abşeron rayonunda 15 sentyabr "Bilik günü" qeyd olundu 15:01 | Xırdalan şəhər 3 №-li uşaq bağçasında “Bilik günü” keçirilib 00:34 | Bu gün ölkəmizdə "Bilik günü" keçirilir 22:34 | Abşeronda Bilik gününə həsr olunmuş təsnifat turniri keçirilib. 21:57 | 1 saylı körpələr evi–uşaq bağçasında "Bilik günü" tədbiri keçirilib 22:22 | Ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdü təyin olunub - SİYAHI 21:32 | Abşeron Rayon Təhsil Şöbəsində Təhsil Şurasının iclası keçirilib 20:23 | Xırdalan 2 saylı məktəb təmayülləşmə üzrə eksperimentə başlayır 19:24 | Mülki müdafiə ilə bağlı maarifləndirici seminarlar keçirilir 19:22 | Abşeron rayonunda sentyabr konfransının bölmə iclasları keçirilib 21:46 | AZTV-Abşeronda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib