Abşeron qəzetinin yeni sayı
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
10-07-2019, 09:33 Oxunub: 235

Orqanizmi hüceyrə səviyyəsində dağıdan TRANS-YAĞLAR. Uzaq durun!

Orqanizmi hüceyrə səviyyəsində dağıdan TRANS-YAĞLAR. Uzaq durun!

Təbii kərə yağı insan sağlamlığı üçün ən faydalı məhsullardan biridir. Təəssüf ki, son vaxtlar kərə yağının adı altında bizə daha çox marqarin, spred və s. bu kimi saxta ziyanlı yağlar təklif olunur.

Marqarini XIX əsrdə fransız kimyaçı icad edib. Bu icadın əsas məqsədi kasıb əhalini ucuz "yağla" təmin etmək idi. O vaxtlar marqarinin orqanizmə olan ziyanı haqqında heç kim fikirləşmirdi, əsas məqsəd insanları doydurmaq idi.

Marqarin ən ucuz bitki yağlardan hazırlanır. Hazırlanma zamanı duru yağlar xüsusi üsullarla emal olunur ki, nəticədə onlar bərkiyir və kərə yağına oxşar konsistenisya alır. Bu kimyəvi reaksiyalar nəticəsində ziyanı bütün dünyada təsdiq olunmuş trans-yağlar əmələ gəlir.

Orqanizmə hüceyrə səviyyəsində təsir edən trans-yağlar orqanizm üçün əsl gec işə düşən bombaya çevrilir. Onların daim istehlakı tədriclə ürək-damar, sinir, immun, cinsiyyət sistemlərini, mübadilə proseslərini sıradan çıxardır, şəkərli diabet və xərçəngin inkişafının riskini artırır, piylənməyə səbəb olur.

Çoxdan sübut olunub ki, məhz trans-yağlar aterosklerozun əsas səbəbidir. Bu xəstəlik zamanı damarlarda xolesterin yığılır, damarlar daralır, iltihablaşır, zəifləyir ki, nəticədə onların tam qapanması və ya partlaması riski xeyli artır. Bu isə bütün dünyada ölümün ilk səbəblərindən biri olan infarkt və insultun inkişafı deməkdir.

Araşdırmalar göstərir ki, uzun müddət ərzində trans-yağları qəbul edən kişilərdə testosteronun səviyyəsi və spermanın keyfiyyəti aşağı düşür, potensiya zəifləyir, sonsuzluğun riski artır.

Trans-yağlar orqanizmin streslərə olan davamlılığını azaldaraq daha ağır stress və depressiyaların inkişafına səbəb olur. Alimlər Alsheymer xəstəliyinin daha çox yayılmasını da trans-yağların istehlakı ilə əlaqələndirirlər.

Nəzərə almaq lazımdır ki, böyüməkdə olan uşaq orqanizminə trans-yağlar xüsusilə ziyanlıdır.

Bütün bunları nəzərə alaraq sizi şübhəli, ucuz, mənşəyi bilinməyə yağlardan uzaq olmağa çağırırıq.

Trans-yağların mənbələri:

- marqarin, spred və bu kimi saxta yağlar

- dükanlarda satılan peçenye, pirojna, tort, vafli və s.

- fast-fud, yarımfabrikatlar

- mayonez, ketçup və s bu kimi souslar

- ucuz şokolad, şokolad yağları və şokolad konfetləri

- çips və s. sneklər.
XƏBƏR LENTİ
Bu gün, 15:20 | Azərbaycan idmançısı Avropa çempionatında gümüş medal qazanıbBu gün, 15:19 | Azərbaycan, Rusiya, İran və Türkiyənin rabitə nazirləri Tehranda görüşəcəkBu gün, 15:16 | Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək olduBu gün, 15:15 | Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıbBu gün, 12:09 | Azərbaycanda ilk dəfə - “Onlayn könüllü”Bu gün, 11:52 | Hərbi birlikdə təlim-metodiki toplantı keçirilibBu gün, 11:50 | Bu şəxslərə yodlaşdırılmış duz ziyan vura bilərBu gün, 11:49 | Azərbaycan regionda və MDB məkanında ilk ölkə kimi ikinci dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Könüllü Milli Hesabat təqdim edibBu gün, 11:47 | Azərbaycan qlobal tranzit və logistika mərkəzinə çevrilirBu gün, 11:46 | Azərbaycanın Baş Naziri Səudiyyə Ərəbistanı Krallığının ədliyyə naziri ilə görüşübBu gün, 10:32 | Adi tərəvəzlər orqanizmi bütün xəstəliklərdən qoruyur — SİYAHIBu gün, 10:31 | Bu qan qrupu olan insanlar XƏRÇƏNGDƏN SIĞORTALANIBBu gün, 10:30 | Hansı su daha yaxşı təmizləyir - soyuq yoxsa isti?Bu gün, 10:26 | Yeni qurum yaradıldı - Qoruqları İdarəetmə MərkəziBu gün, 10:25 | “Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat keçirildiDünən, 12:16 | “Yeni şəhər” kompleksi bu cəmiyyətin balansına verildiDünən, 12:15 | Nazir əmr imzaladıDünən, 12:14 | Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilibDünən, 10:00 | Diqqət! Aritmiya ölümlə nəticələnə bilərDünən, 09:59 | Bir ovuc tum bizi 10 xəstəlikdən qoruyurDünən, 09:57 | Qarpız və yemişi yeməkdən dərhal sonra yeməyin! ZiyanlarıDünən, 09:55 | 40 dildə ünsiyyət imkanı yaradan mükəmməl tərcümə aparatı hazırlanıb