Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Nazirlik: Azərbaycan turistlər üçün ən təhlükəsiz ölkələr arasında yer alır

Tarix:7-03-2018, 19:38

Nazirlik: Azərbaycan turistlər üçün ən təhlükəsiz ölkələr arasında yer alır


“Xarici turistləri ilk növbədə maraqlandıran suallardan biri də səfər etdikləri yerlərdə onların təhlükəsizliyinin nə dərəcədə təmin olunmasıdır. Turizmin inkişafı üçün başlıca amillərdən biri ölkədə təhlükəsizliyin və sabitliyin təmin edilməsidir. Bu, ölkənin böyük turizm potensialından da əhəmiyyətli nüansdır”.

Qeyd olunub ki, bu baxımdan Azərbaycan turistlər üçün ən təhlükəsiz ölkələr arasında yer alır: “Ölkəmizdə təhlükəsizlik və sabitliyin hökm sürməsi, eyni zamanda xalqımızın zəngin mədəniyyəti, adət-ənənəsi, digər xalqlara və millətlərə qarşı tolerant yanaşması, habelə böyük turizm potensialı Azərbaycanı turizm məkanı kimi daha da cəlbedici edir. Prezident İlham Əliyevin 2016-cı il 27 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”yə uyğun olaraq turizm sahəsində təhlükəsizlik tədbirlərinin görülməsi, bu sahə üzrə müşahidə edilən problemlərin təhlil edilərək qarşısının alınması, digər ölkələrin təcrübəsindən yararlanmaqla təhlükəsizlik üzrə yeni standartların yaradılması və beynəlxalq göstəricilərə uyğunlaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə “Turizm sahəsində təhlükəsizlik” İşçi qrupu yaradılıb. İşçi qrupunda Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə yanaşı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Dəmir Yolları” QSC, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri də yer alıb”.

Bu il fevralın 1-də sözügedən İşçi qrupun ilk iclası keçirilib. İclasda ölkəmizə gələn turistlərin sayında hər il müşahidə olunan artım tempi nəzərə alınaraq turistlərin təhlükəsizliyinin təmin olunması məsələsi diqqət mərkəzinə çəkilib və bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən görülmüş işlərdən söz açılıb. Nazirlik tərəfindən Strateji Yol Xəritəsinin müvafiq bəndi və hazırkı mərhələdə turistlərin təhlükəsizliyi məsələləri nəzərə alınaraq “Kənd yerlərində yerləşdirmə vasitəsinə qoyulan minimal tələblər. Yerləşdirmə vasitələrinin təsnifatı, kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmə meyarlarının tətbiq edilməsi” standartının layihəsi, həmçinin “Turizm və ekskursiya xidmətləri. Hostellər: əsas kriteriyalar və tələblər” standartının layihəsi hazırlanıb və razılaşdırılması məqsədilə aidiyyəti qurumlara təqdim olunub”.


Nazirlikdən əlavə ediblər ki, Azərbaycanda turistlərin təhlükəsizliyinin təmin edilməsi, bu məsələnin daim nəzarətdə saxlanılması və ölkəmizin imicinin formalaşdırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi aidiyyəti dövlət qurumları ilə birgə əməkdaşlıq çərçivəsində qeyd olunan istiqamətlər üzrə tədbirlər həyata keçirməkdədir: “Bu tədbirlərin görülməsi turizm məkanı kimi Azərbaycana gələn turistlərin sayının daha da artmasına müsbət təsir göstərəcək”.

Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib