Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda rayon ictimaiyyəti ilə görüş keçirildi - FOTO

Tarix:19-09-2018, 21:00

Abşeronda rayon ictimaiyyəti ilə görüş keçirildi - FOTO


Abşeron rayon İcra Hakimiyyətində Abşeron rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib.

Toplantıda Abşeron rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun ziyalı nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, rayonun kənd və qəsəbə ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Görüşü rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova açaraq qeyd edib ki, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkənin digər bölgələri kimi Abşeron rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülüb və bu işlər hazırda yüksək əzmlə davam etdirilir. Ölkənin hər yerində yaşanan tərəqqi rayonumuzun simasında da aydın müşahidə olunur, deyən başçı son illərin real mənzərəsi Abşeronun ölkənin əsas inkişaf və quruculuq ünvanlarından biri olduğunu vurğulayıb

Son illərdə rayonda görülən işlərdən və görülməsi nəzərdə tutulan işlərdən danışan xanım başçı bildirib ki, Abşeron rayonu qədim ənənələrə, qədim köklərə malik bir rayondur. Bu gün rayonumuzun 500 min nəfərdən artıq əhalisi var. Rayonumuz həm kənd təsərrüfatı rayonu kimi, həm də sənaye rayonu kimi inkişaf edir və öz əhalisinə xidmət göstərir. Rayonumuzda istər təhsil, istər səhiyyə, istər mədəniyyət sahəsində, istərsə də digər sahələrdə infrastruktur sürətlə inkişaf edir, böyük quruculuq işləri aparılır. Bütün bu işlər cənab prezidentin göstərişi əsasında həyata keçirilir.

Cənab prezidentin sərəncamı ilə “Azərsu” ASC-yə maliyyə ayrılıb, həmin maliyyə əsasında artıq Xırdalanda iki il müddətində böyük bir su-kanalizasiya sistemi çəkilir. Su-kanalizasiya xətləri çəkilərkən yollarda müəyyən qazıntı işləri aparılmalı olur. Layihə başa çatdırıldıqdan sonra həmin küçələrin abadlıq işləri də həyata keçiriləcək. Ona görə də, şəhərin müəyyən küçələrində, prospektlərində qazıntı işləri aparılır. Su və kanalizasiya xətlərinin çəkilişi hissə-hissə davam etdirildikdən sonra, harada işlər yekunlaşıbsa həmin yerlərdə abadlıq işləri aparılır. Bu çox böyük bir layihədir, hətta deyərdim ki, Xırdalan üçün tarixi bir hadisədir. Gələcəkdə əhali üçün böyük bir üstünlük olacaq.

İcra başçısının sözlərinə görə, bu, cənab prezidentin Abşeron əhalisinə böyük diqqət və qayğısının nəticəsidir: “İşıqla bağlı da əvvəllər müəyyən problemlərimiz var idi, gərginlik çox aşağı idi. Artıq dörd yarımstansiya tikilib. Xırdalanda, Masazırda, Qobuda, Aşağı Güzdək ərazisində tikilib istifadəyə verilib. Yeni tikilən yarımstansiyaların sayəsində əhalinin elektriklə təminatındakı problemlər aradan qalxacaq”.


Daha sonra görüşdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqal və ziyalılar da öz çıxışlarında ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdən, ölkədə həyata keçirilən nəhəng infrastruktur layihələrindən söz açaraq mədəniyyət, elm, təhsil və digər sahələrin işçilərinə ölkə rəhbərliyi səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Abşeron rayonunda həyata keçirilən işlərə görə İcra Hakimiyyəti başçısı İradə Gülməmmədovaya təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Şamo Əliyev

Abşeronda rayon ictimaiyyəti ilə görüş keçirildi - FOTO

Abşeronda rayon ictimaiyyəti ilə görüş keçirildi - FOTO

Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər