Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova vətəndaşın fərdi şəkildə qəbulunu keçirib. Rayon İcra Hakimiyyətinin binasında baş tutan görüşdə 20-ə yaxın sakinlər iştirak edib. Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, mübahisəli torpaq məsələsi və digər suallar barəsində olub.
Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib və həlli istiqamətində müvafiq addımlar atılıb.
Qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Müəyyən zaman və vəsait tələb edən digər problemlər isə aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.
Sakinlər qəbul zamanı onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə minnətdarlıq ediblər.