COVID-19 pandemiyasına qarşı vaksinasiya Abşeron rayonunda da uğurla icra olunur. Bu məqsədlə rayon üzrə yeddi immunoprofilaktika məntəqəsi yaradılıb.
Artıq dörd gündür 65 yaşdan yuxarı şəxslərin vaksinasiyası aparılır. Belə ki, yaşı 65-dən yuxarı olan rayon sakinləri öncədən qeydiyyatdan keçərək tibb müəssisəsinə yaxınlaşır və onların vaksinasiyası qaydalara uyğun şəkildə həyata keçirilir.