Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda 2 Fevral Gənclər Günü qeyd edildi

Tarix:2-02-2022, 20:03

Abşeron rayonunda 2 Fevral Gənclər Günü qeyd edildi

Abşeron rayonunda 2 Fevral Gənclər Günü qeyd edilmişdir. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyasının sədri, Rayon Ağsaqqallar Şurasının sədri, şəhidlərin ailə üzvləri, qazilər, Vətən Müharibəsi iştirakçıları, gənclər, rayon ictimaiyyəti iştirak etmişdir.

Tədbir əvvəlcə, Mərkəzin həyətində Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilmişdir.

Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edildikdən sonra Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrində təhsil alan məktəblilər tərəfindən hazırlanmış əl işləri və rəsmlər nümayiş olunmuşdur.
Rəsm və əl işlərindən ibarət sərgi nümayişindən sonra tədbir Mərkəzin akt zalında Azərbaycan himni ilə başlamış, vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək, gəncləri 2 Fevral-Gənclər Günü münasibəti ilə təbrik edərək bildirmişdir ki, 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Gənclər Günü təsis edilmişdir. Bunun Ümummilli lider Heydər Əliyevin gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşmasının bariz nümunəsi olduğunu önə çəkən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyev qeyd etmişdir ki, Azərbaycanda müasir gənclər siyasəti 1994-cü ildən həyata keçirilmişdir. Həmin il Gənclər və İdman Nazirliyi təsis edilmiş və bununla da ölkəmizdə yeni gənclər siyasəti dövrü başlamışdır. 1996-cı il fevral ayının 2-də keçirilən Azərbaycan gənclərinin I Forumu ölkə gənclərinin Azərbaycanın gələcəyi olması ilə bağlı ciddi göstəriş və mesaj olmuşdur. 1997-ci il tarixində isə Ümummilli lider Heydər Əliyev 2 fevral-Gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin tarixdən etibarən ənənəvi olaraq 2 fevral Azərbaycan gənclərinin bayram günü olaraq təntənəli şəkildə qeyd olunmaqmadır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 9 fevral tarixində “Gənclər İli” elan edilməsi barəsində imzaladığı sərəncamla gənclərin ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli şəkildə həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi məqsədi daşımışdır.
Torpaqlarımızın azadlığı uğrunda döyüşən, 30 illik erməni işğalına son qoyan igidlərimizin Azərbaycanın müstəqilliyi dövründə yetişən, formalaşan gənclik olduğunu qeyd edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın qələbə qazandığını və artıq qalib xalq olaraq ərazi bütövlüyümüzü tam təmin etdiyimizi bildirmişdir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev vurğulamışdır ki, biz Abşeron Rayon İcra Hakimiyyəti olaraq daim gənclərimizin, qazilərimizin, şəhid ailələrinin yanındayıq və onlara hər zaman dəstək göstərməyə hazırıq.

Daha sonra Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, şəhid leytenant Məmmədov Fərid Vəlhad oğlunun həyat yoldaşı Şəhla Məmmədova, şəhid kapitan Quliyev Hətəmxan Məti oğlunun həyat yoldaşı Aytac Quliyeva, şəhid kapitan Mustafayev Nurlan Hamlet oğlunun həyat yoldaşı Günay Mustafayeva, Vətən Müharibəsi Qəhrəmanı baş leytenant Qəzənfər Ağayev, III dərəcəli Vətən Müharibəsi əlili Xəqani Muradov çıxış edərək gəncləri təbrik etmiş, gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətini qeyd edərək ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlarından, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən çoxsaylı müsbət nəticələrdən danışmışlar.
Tədbirin sonunda ölkəmizin azadlığı uğrunda Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında döyüşlərə qatılan gənc qazilərə və eləcə də, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim edilmişdir.

Rəsmi hissədən sonra gənclərə bədii hissə təqdim olunub. Bədii hissədə ölkəmizin tanınmış incəsənət nümayəndələrinin və Abşeron məktəblilərinin hazırladığı musiqili proqram təqdim olunmuşdur.

Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı həqiqətləri və tarixi zəfər
Xocalı həqiqətləri və tarixi zəfər
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Gənclərə etimad göstərən dövlət modeli
Gənclərə etimad göstərən dövlət modeli
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür