Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda “Gənclərin düzgün peşə və ixtisas seçiminə dəstək” mövzsusunda tədbir keçirilib

Tarix:3-10-2022, 14:57

Abşeronda “Gənclərin düzgün peşə və ixtisas seçiminə dəstək” mövzsusunda tədbir keçirilib


Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi, Rayon Gənclər və İdman İdarəsinin və Startap layihələrə sosial-iqtisadi dəstək ictimai birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin düzgün peşə və ixtisas seçiminə dəstək” mövzsusunda tədbir keçirilib.

Rayon Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev, Startap layihələrə sosial-iqtisadi dəstək ictimai birliyinin sədri Təranə Vəliyeva, iqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov, psixoloq, Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri Vüsalə Əmiraslanova, Təhsil eksperti, beynəlxalq təlimçi Ramil Süleymanov, iqtisad üzrə fəlsəfə doktoru, dosent Anar Vəliyev, rayon ümumtəhsil məktəblərinin 9-11 sinif şagirdləri və müəllimlər iştirak ediblər.


Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Tədbirdə çıxış edən RİH başçısının müavini Gülnar Rəhimova qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bir çox sahələrdə olduğu kimi respublikamızın sosial-iqtisadi inkişafın sürətləndirilməsi sahəsini təmin edən uğurlu islahatlar ölkəmizdə işsizliyin azalmasına, əmək bazarında sabitliyin əldə olunmasına imkan verməklə, gənclərin əmək bazarına çıxışının və məşğulluğunun artırılmasının hərtərəfli dəstəklənməsi, iqtisadiyyatın dayanıqlı inkişafında gənclərin iştirakının təmin edilməsində dövlət siyasətinin həyata keçirilməsinə şərait yaradıb. Bunun nəticəsidir ki, nəzərdə tutulan tədbirlər ölkəmizdə əmək bazarının bundan sonra da təkmilləşməsinə və genişlənməsinə, insanların innovativ, müassir texnologiyalarla zəngin iş yerləri ilə təmin olunmalarına və daha optimal şərait yaradılmasına xidmət edir.

Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin peşə seçiminə kömək məqsədilə bu cür tədbirlərin davamlı təşkilinin vacibliyini vurğulayan G.Rəhimova qeyd edib ki, gənclərin peşə və ixtisas seçimində məktəb müəllimləri ilə yanaşı valdeyinlərin və pisixoloqlarında iştirak etməsi məqəsədəmüvafiqdir.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev, Startap layihələrə sosial-iqtisadi dəstək ictimai birliyinin sədri Təranə Vəliyeva, iqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov, psixoloq, Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri Vüsalə Əmiraslanova, Təhsil eksperti, beynəlxalq təlimçi Ramil Süleymanov, iqtisad üzrə fəlsəfə doktoru, dosent Anar Vəliyev və digər natiqlər çıxış edərək cəmiyyət həyatı üçün Abşeron gənclərinin doğru peşə və ixtisas seçimlərinin əhəmiyyətini vurğulayıblar.

Qeyd edilib ki, hər bir gənc öz bacarığını kəşf etməli, inkişaf etdirməli və sahəsi üzrə peşəkar mütəxəssis olaraq özünü formalaşdırmalıdır. Düzgün peşə seçimi və sevdiyin işlə məşğul olmaq insanın zövqlü və rahat yaşayışının təminatıdır. Eyni zamanda cəmiyyətdə məşğulluq probleminin həll edilməsi baxımından zəruridir.
Daha sonra İştirakçılara təlimçilər tərəfindən, ixtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında ətraflı məlumatlar verilib.

Gənclər və onların müəllimləri belə tədbirlərin əhəmiyyətli olduğunu bildirib, bu tədbir vasitəsilə mövcud əmək bazarında hansı peşə və ixtisaslara tələbatın olması barədə dolğun məlumat əldə etdiklərini, bu məlumatların, verilən məsləhət və tövsiyələrin onlar üçün faydalı olduğunu vurğulayıblar.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Abşeronda “Gənclərin düzgün peşə və ixtisas seçiminə dəstək” mövzsusunda tədbir keçirilib
Abşeronda “Gənclərin düzgün peşə və ixtisas seçiminə dəstək” mövzsusunda tədbir keçirilib
Abşeronda “Gənclərin düzgün peşə və ixtisas seçiminə dəstək” mövzsusunda tədbir keçirilib
Abşeronda “Gənclərin düzgün peşə və ixtisas seçiminə dəstək” mövzsusunda tədbir keçirilib
Abşeronda “Gənclərin düzgün peşə və ixtisas seçiminə dəstək” mövzsusunda tədbir keçirilib
Abşeronda “Gənclərin düzgün peşə və ixtisas seçiminə dəstək” mövzsusunda tədbir keçirilib
Abşeronda “Gənclərin düzgün peşə və ixtisas seçiminə dəstək” mövzsusunda tədbir keçirilib

Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ
Dublin Bəyannaməsi ilə Azərbaycan-Britaniya əlaqələrində tarixi dönüş başlayır
Dublin Bəyannaməsi ilə Azərbaycan-Britaniya əlaqələrində tarixi dönüş başlayır
Konstitusiyadan suverenliyə uzanan Azərbaycanın dövlətçilik yolu
Konstitusiyadan suverenliyə uzanan Azərbaycanın dövlətçilik yolu
Konstitusiyamız milli dövlətçilik ənənələrimizin və demokratik dəyərlərimizin təcəssümüdür
Konstitusiyamız milli dövlətçilik ənənələrimizin və demokratik dəyərlərimizin təcəssümüdür
Azərbaycan bayrağı xalqımızın birliyi və şəhidlərimizin əbədi yadigarıdır
Azərbaycan bayrağı xalqımızın birliyi və şəhidlərimizin əbədi yadigarıdır
9 Noyabr Dövlət Bayrağı Günü milli qürurumuzun və dövlətçilik iradəmizin rəmzidir
9 Noyabr Dövlət Bayrağı Günü milli qürurumuzun və dövlətçilik iradəmizin rəmzidir
Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol
Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol
Qələbəyə aparan yol və Böyük Qayıdış
Qələbəyə aparan yol və Böyük Qayıdış
Şuşa Zəfərdən sonra yeni inkişaf və quruculuq dövrünü yaşayır
Şuşa Zəfərdən sonra yeni inkişaf və quruculuq dövrünü yaşayır
Şuşa - Qarabağın tacı, Zəfərin zirvəsi
Şuşa - Qarabağın tacı, Zəfərin zirvəsi
Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası