Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir

Tarix:12-12-2022, 13:27

Abşeron rayonunda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir

Abşeron rayonunda müstəqil Azərbaycan dövlətinin banisi, xalqımıza qurtuluş bəxş edən, görkəmli siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir. İştirakçılar Xırdalan şəhərindəki Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, xatirəsini ehtiramla yad edərək önünə gül dəstələri düzmüşlər.

Ulu öndərin adını daşıyan mərkəzdə keçirilən tədbirdə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq bildirib ki, Ümummilli lider Azərbaycan dövlətçiliyini dağılmaqdan, ölkədə vətəndaş müharibəsinin baş verməsindən qorumuşdur. Heydər Əliyevin rəhbərliyi ilə qısa zamanda ölkə iqtisadiyyatında surətli inkişafın əldə olunduğunu, “Əsrin müqaviləsi”nin imzalandığını, nizami ordu quruculuğunun əsasının qoyulduğunu, ölkədə bütün sahələrdə irəliləyişlərin əldə olunduğunu qeyd edən RİH başçısı bildirmişdir ki, Ulu Öndərin qurduğu Azərbaycan nəinki bölgədə, o cümlədən bütün regionda güclü dövlətə çevrilmişdir. Qeyd edilmişdir ki, Ümummilli lider Heydər Əliyevin ideyaları və Azərbaycançılıq məfkürəsi ilə tərbiyə olunmuş igid oğullarımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında sıx birləşərək döyüş meydanında düşmənə ağır zərbə vurmuş və xalqımız Vətən Müharibəsində qalib gələrək 30 illik düşmən işğalına son qoymuşdur.

Daha sonra Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov və şəhid İlqar Vəliyevin oğlu Vəli Vəlizadə çıxış edərək bildirmişlər ki, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və onu öz mübarizliyi, qətiyyəti ilə müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Qeyd edilmişdir ki, Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur.

Tədbirdə Ümummilli liderin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən müxtəlif sahələrdə görülmüş işlər barədə də genş danışılmış və bunun xalqımız tərəfindən yüksək qiymətləndirildiyi xüsusilə qeyd edilmişdir.

Abşeron rayonunda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir
Abşeron rayonunda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir
Abşeron rayonunda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir
Abşeron rayonunda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir
Abşeron rayonunda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir
Abşeron rayonunda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir
Abşeron rayonunda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir
Abşeron rayonunda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir
Abşeron rayonunda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Müəllim yalnız dərs demir, gələcək yetişdirir

Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı

Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir

Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır

Suverenliyimizin tam bərpa olunduğu tarixi gün