Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edilmişdir

Tarix:7-03-2023, 18:05

Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edilmişdir

Abşeron rayonunda şəhid anaları, həyat yoldaşları və əmanətləri olan qiz övladları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə RİH-nin başçısı Abdin Fərzəliyev, rayonun idarə-təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül çiçəkləri düzmüş, xatirəsini dərin ehtiramla yad etmişlər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan qadınının tariximizdə oynadığı əvəzsiz rolundan, ölkəmizin ictimai həyatına və fəaliyyətinə verdikləri töhfələrdən bəhs edən videoçarx nümayiş etdirildikdən sonra çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid analarını, həyat yoldaşlarını və abşeronlu xanımları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmişdir.

Azərbaycan qadınlarının dövlət idarəçiliyində iştirakının təmin edilməsi məqsədi ilə dövlət səviyyəsində mühüm işlərin görüldüyünü vurğulayan RİH başçısı bildirmişdir ki, gənclərimizin təlim-tərbiyəsində, vətənpərvərlik ruhunda yetişməsində qadınlarımızın böyük əməyi vardır. O qeyd edib ki, bu misilsiz tərbiyənin nəticəsində ölkəmizin qəhrəman oğulları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir yumruğu” ətrafında sıx birləşərək Vətən Müharibəsində düşmənə ağır zərbə vurmuş və xalqımız şanlı Zəfər qazanmışdır. Qarabağımızı işğaldan azad edən belə qəhrəman övladlar böyütdüklərinə görə bütün xalqımızın onlara sonsuz minnətdar olduğunu vurğulayan Abdin Fərzəliyev şəhidlərimizin heç zaman unudulmayacağını, onların tariximizdə əbədi yaşayacağını bildirmişdir.

Sonra Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, şəhid mayor Elşad Həsənovun qızı Aysun Həsənli çıxış edərək Azərbaycan qadınlarını təbrik etmiş, onların tariximizdə oynadığı roldan, cəmiyyətimizin inkişafı üçün həyata keçirdikləri fəaliyyətdən danışmışlar. Vətən Müharibəsi qaziləri Vasif Allahverdiyev və Vidadi Əliyev də xanımları təbrik etmiş, birgə döyüş yolu keçmiş şəhidlərin xatirələrini hər zaman əziz tutduqlarını qeyd etmişlər.

Daha sonra rayonun ictimai-siyasi həyatında fəallığı ilə fərqlənən, o cümlədən təhsil, səhiyyə, mədəniyyət və idman sahəsində uğur qazanmış xanımlar Fəxri Fərman ilə mükafatlandırılmışlar.

Sonda Vətən Müharibəsi qaziləri tərəfindən şəhid analarına gül dəstələri və hədiyyələr təqdim olunmuşdur.

Qeyd edək ki, abşeronlu şəhidlərin qız övladları üçün Heydər Əliyev Mərkəzində şənlik təşkil olunmuş, hədiyyələr təqdim edilərək bayramları təbrik edilmişdir.

Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ

Dublin Bəyannaməsi ilə Azərbaycan-Britaniya əlaqələrində tarixi dönüş başlayır

Konstitusiyadan suverenliyə uzanan Azərbaycanın dövlətçilik yolu

Konstitusiyamız milli dövlətçilik ənənələrimizin və demokratik dəyərlərimizin təcəssümüdür

Azərbaycan bayrağı xalqımızın birliyi və şəhidlərimizin əbədi yadigarıdır

9 Noyabr Dövlət Bayrağı Günü milli qürurumuzun və dövlətçilik iradəmizin rəmzidir

Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol

Qələbəyə aparan yol və Böyük Qayıdış
Qələbəyə aparan yol və Böyük Qayıdış
Şuşa Zəfərdən sonra yeni inkişaf və quruculuq dövrünü yaşayır

Şuşa - Qarabağın tacı, Zəfərin zirvəsi
Şuşa - Qarabağın tacı, Zəfərin zirvəsi
Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu

Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır

Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası