Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam edir

Tarix:29-04-2023, 08:11

Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam edir

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bilgəh qəsəbəsi-Novxanı-Sumqayıt istiqamətində tikilən avtomobil yolunun tərkib hissəsi olan Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam edir.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 1b texniki dərəcəyə uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 28 kilometr, hərəkət hissəsinin eni 22.5 metr, ayrıcı zolağın eni 4 metr, hərəkət zolaqlarının sayı 6-dır.

Layihə üzrə müxtəlif (əsasən boş) ərazilərdə hissə-hissə aparılan tikinti işləri “İnşaat Norma və Qaydaları”na əsasən, texnoloji ardıcıllığa uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında keyfiyyətlə icra olunur.

Tikilən yolun əhəmiyyətini nəzərə alaraq sözügedən avtomobil yolunun layihələndirilməsi və tikintisi hissə-hissə aparılır. Yolboyu ilkin olaraq 9 yol qovşağı, 3 avtomobil keçidi və 3 piyada keçidinin tikintisi nəzərdə tutulur.

Hazırda layihə çərçivəsində yolun 7 kilometrlik hissəsində torpaq işləri, 8-ci kilometrdə qazma işləri aparılır. Tikintinin 8-15-ci kilometrlik hissəsində geoloji axtarış, layihələndirmə işləri icra olunur.

Layihənin 15-16-cı kilometrlik hissəsində Masazır gölü ətrafında yol qovşağının tikintisinə start verilib. Yol qovşağı üzrə hazırda, yanaşma yollarında və ramplarda torpaq yatağının tikintisi icra olunur.

Yolun 16-18-ci kilometrlik hissəsində torpaq işləri yekunlaşıb, hazırda bu hissədə dolğu işləri və yol əsasının alt layının tikintisi aparılır. Layihənin 18-20-ci kilometrlik hissəsində drenaj işləri, 20-28-ci kilometrlik hissəsi üzrə isə geoloji axtarış və layihələndirmə işləri davam edir.

Bu yolun tikintisi Abşeron yarımadasının şimal-şərq hissəsindəki yaşayış məntəqələrini Mərdəkan-Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tərkib hissəsi olan Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu ilə Bakı şəhərinə daxil olmadan Bakı-Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə şimal istiqamətində nəqliyyat əlaqəsini təmin etməyə, eləcə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yoluna çıxmaqla Respublikamızın qərb zonası ilə səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcək.

Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam edir
Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam edir
Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam edir
Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam edir
Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam edir

Konstitusiyadan suverenliyə uzanan Azərbaycanın dövlətçilik yolu
Konstitusiyadan suverenliyə uzanan Azərbaycanın dövlətçilik yolu
Konstitusiyamız milli dövlətçilik ənənələrimizin və demokratik dəyərlərimizin təcəssümüdür
Konstitusiyamız milli dövlətçilik ənənələrimizin və demokratik dəyərlərimizin təcəssümüdür
Azərbaycan bayrağı xalqımızın birliyi və şəhidlərimizin əbədi yadigarıdır
Azərbaycan bayrağı xalqımızın birliyi və şəhidlərimizin əbədi yadigarıdır
9 Noyabr Dövlət Bayrağı Günü milli qürurumuzun və dövlətçilik iradəmizin rəmzidir
9 Noyabr Dövlət Bayrağı Günü milli qürurumuzun və dövlətçilik iradəmizin rəmzidir
Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol
Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol
Qələbəyə aparan yol və Böyük Qayıdış
Qələbəyə aparan yol və Böyük Qayıdış
Şuşa Zəfərdən sonra yeni inkişaf və quruculuq dövrünü yaşayır
Şuşa Zəfərdən sonra yeni inkişaf və quruculuq dövrünü yaşayır
Şuşa - Qarabağın tacı, Zəfərin zirvəsi
Şuşa - Qarabağın tacı, Zəfərin zirvəsi
Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...