Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xalqımızın Zəfər sevinci

Tarix:10-12-2023, 11:28

Xalqımızın Zəfər sevinci


2020-ci il dekabr ayının 10-da Bakıda Azadlıq meydanında Zəfər paradı keçirildi. Azərbaycan xalqı bu sevincli, qürurverici günü 30 il idi ki, gözləyirdi.

1990-cı illərin əvvəllərindən Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətinə başlamışdı. 1980-ci illərin sonundan Azərbaycanın tarixi torpaqları olan İrəvandan, Zəngəzurdan, Göyçədən 100 minlərlə azərbaycanlı didərgin salınmışdır. Sonra isə Qarabağ və ətraf rayonlara hücum çəkən ermənilər yerli azərbaycanlılara qarşı cinayətlər törətmişlər. Onların ev-eşiklərini yandıraraq, ağır işgəncələr verərək, qətlə yetirmişlər. 100 minlərlə yerli əhali isə ağır şəraitdə öz dədə-baba yurdlarını tərk edərək şaxtalı günlərdə ayaqyalın dağlarla, meşələrlə qaçmağa məcbur olmuşlar.

Nəticədə bir milyondan çox azərbaycanlı Bakı şəhərində və respublikanın 50-dən çox rayonunda məcburi köçkün və qaçqın kimi ağır şəraitdə yaşamışdır.

Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində böyük işlər aparılmış və bu işlərin səmərəsi olmuşdur. Bunun nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı.

BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Qarabağın tarixi barədə isə dünya ictimaiyyətinə dolğun, düzgün məlumat çatdırılmışdır.

2020-ci il noyabr ayının 8-də Azərbaycan Ordusu Şuşanı tamamilə ermənilərdən təmizləmiş və burada Azərbaycan bayrağını ucaltmışdır. Azərbaycan oğullarının bu igidliyindən sonra düşmən silahlarını atıb geri qaçmışdı.

10 noyabr 2020-ci il tarixdə isə Ermənistan məcbur olub kapitulyasiya aktına imzaladı. Kapitulyasiya aktına görə isə, bir güllə belə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı. Həmin rayonlarda Azərbaycan bayrağı qaldırıldı. Beləliklə Azərbaycan həm döyüş meydanında, həm də siyasi müstəvidə qələbə qazandı.

Otuz ilə yaxın bir müddətdə ölkəmizin əsas büdcə xərclərini məhz hərbi xərclər təşkil edirdi. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Azərbaycan heç bir ölkədən asılı olmamaq üçün hərbi texnikanı bir çox mənbələrdən almışdı.

Respublikada siyasi sabitlik, vətəndaş birliyi tam təmin edildi. İqtisadiyyatımız inkişaf etdirildi. Və bu inkişafın nəticəsində müharibədə qələbə qazanmaq üçün önəmli olan müasir silah-sursat əldə edildi.

Ali Baş Komandanımızın uzaqgörən siyasəti, Azərbaycan Ordusunun yüksək səviyyədə döyüşə hazırlığı və xalqımızın öz prezidentinə inamı nəticəsində ermənilərin işğal etdiyi, Azərbaycanın bir parçası olan Qarabağ cəmi 44 gün ərzində azad edildi.

Vətən müharibəsi başlanan dəqiqələrdə qardaş Türkiyə Azərbaycanın yanında oldu. Qardaş dayağını hiss edən Azərbaycan xalqı daha da ruhlandı. Qələbəyə inamı daha da artdı.

Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər paradını Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevlə bərabər Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da qəbul edirdi.

Azərbaycan və Türkiyə prezidentlərinin Zəfər paradını birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Bütün dünya gördü ki, Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət bu gün yenə də birdir, bir yerdədir. Mustafa Kamal Atatürkün dediyi kimi, Türkiyə və Azərbaycan sevincli günlərdə də, kədərli günlərdə də bir birinin yanındadır.

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, eyni zamanda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

Zəfər paradında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak ediblər. Paradda Vətən müharibəsində döyüşlərdə əsl şücaət və yüksək peşəkarlıq nümunəsi göstərərək xalqımıza böyük Qələbənin sevincini yaşadan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin və digər qoşun birləşmələrinin, Hərbi Dəniz Qüvvələrinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Əlahiddə Ümumqoşun Ordusunun, Raket və artilleriya Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularının, eyni zamanda paradda Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların tribuna önündən mətin addımlarla irəliləməsi qürur hissi doğururdu.

Müharibədən sonra Bakıda Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi sursatlardan ibarət, böyük bir sahəni əhatə edən Hərbi Qənimətlər Parkı yaradılıb. Milyonlarla azərbaycanlı bu parkda sərgilənən yenilmiş Ermənistan ordusunun hərbi texnikasını qurur hissi ilə seyr edir.

Süleyman Cəfərov
“Xüsusi Təyinatlı Qüvvələrin şəhid ailələri və veteranları” İctimai Birliyinin Abşeron rayon sədri

İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Ömrünü xalqına həsr edən Dahi Lider
Ömrünü xalqına həsr edən Dahi Lider
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür
Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə: “Şuşa, sən azadsan. Biz qayıtmışıq”
Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə: “Şuşa, sən azadsan. Biz qayıtmışıq”
Abşeronlu idmançılar VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcəklər
Abşeronlu idmançılar VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcəklər
Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan Konstitusiyası
Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan Konstitusiyası
12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı
12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı
Xırdalan məktəbində Zəfər və Bayraq Günü qeyd olundu
Xırdalan məktəbində Zəfər və Bayraq Günü qeyd olundu
Qələbə sevinci, bayraq qüruru
Qələbə sevinci, bayraq qüruru