Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan güclü idman dövlətidir

Tarix:15-08-2024, 15:34

Azərbaycan güclü idman dövlətidir


Dövlətin nüfuzunu və onun beynəlxalq münasibətlər sistemindəki yerini bir sıra amillər müəyyən edir. Bu amillər arasında beynəlxalq idman tədbirləri də xüsusu yer tutur. Beynəlxalq idman tədbirləri dövlətlər arasında əlaqələrin qurulmasına, mədəni, iqtisadi və siyasi əlaqələrin genişlənməsinə öz töhfəsini verir. Belə idman tədbirləri həm də ölkənin imicinin və nüfuzunun formalaşmasında böyük rol oynayır. Son illər hərtərəfli inkişafa nail olan Azərbaycan artıq güclü idman ölkəsi kimi tanınır. Ölkəmizdə davamlı olaraq keçirilən nüfuzlu idman tədbirləri də bunu bir daha təsdiqləyir.

Ümumiyyətlə, qabaqcıl dövlətlər istər ölkədaxili, istərsə də beynəlxalq səviyyədə mədəniyyətin, idmanın inkişafına böyük diqqət yetirirlər. Çünki bu sahədə əldə olunan nailiyyətlər həmişə bu və ya digər xalqın qürur mənbəyinə çevrilir, dünya ictimaiyyətində rəğbət doğurur. Bu gün idman mühüm potensiala və imkanlara malik siyasi təsirin mühüm komponentlərindən biridir. Belə yarışlarda qalibin şərəfinə himn səsləndirildikdə və təmsil olunduğu dövlətin bayrağı qaldırılanda ölkənin nüfuzuna birbaşa təsir edir.

Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərib. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilib, maddi-texniki baza möhkəmləndirilib. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazan-malarında mühüm rol oynayır.

Əlbəttə, ölkəmizdə bir çox mötəbər idman tədbirlərinin keçirilməsi, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında yüksək nəticələrin qazanılması bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir. Ölkəmiz birinci Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına və bir çox digər beynəlxalq yarışlara ev sahibliyi edib.

Qürurla deyə bilərik ki, Azərbaycanın idman sahəsindəki uğurları beynəlxalq strukturlar tərəfindən də yüksək qiymətləndirilir. Bu gün dövlətimiz üçün prioritet məsələ idmançılara qayğı göstərməklə yanaşı, onların sosial şəraitinin yaxşılaşdırılmasıdır. Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. İdmanla məşğul olmaq üçün lazımi şəraitin yaradılması məqsədilə dövlət vəsaiti hesabına respublikanın rayonlarında onlarla müasir Olimpiya idman kompleksləri tikilib, Bakıda ən müasir idman infrastrukturu fəaliyyət göstərir. Prezident İlham Əliyevin rəhbərliyi altında idman, şübhəsiz ki, Azərbaycanda təbii milli qürur mənbəyinə çevrilib. Bunun nəticəsidir ki, ölkəmizdə fəaliyyət göstərən idman strukturları – dövlət başçısının rəhbərlik etdiyi Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri vahid siyasət çərçivəsində ümumi işə xidmət edirlər.

Bir neçə gün əvvəl başa çatmış XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer alıb. Həmçinin Olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Bu yüksək nəticə kimi qiymətləndirilir.

Azərbaycan prezidenti idmançılarla görüşündə çıxışı zamanı bildirdi ki, Azərbaycan idmançıları bütün xalqı sevindirib. İdmançılarımız XXXIII Paris Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edib və Azərbaycan Bayrağını ucaldıb: “Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Azərbaycan güclü idman dövlətidir. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal”.

Bir sözlə, idman təkcə daxili deyil, həm də dövlətin xarici siyasətinin ən mühüm tərkib hissəsidir. Bundan başqa, dövlətin beynəlxalq nüfuzunun idman vasitəsilə möhkəmləndirilməsində müəyyən bir ölkənin ərazisində keçirilən iri beynəlxalq yarışlar da xüsusi rol oynayır. Bu cür yarışlar dövlətə siyasi, iqtisadi, sosial və mədəni sahələrdə uğurları nümayiş etdirməyə, turistləri və ixtisaslı işçiləri cəlb etməyə imkan verir. Bütün bunlar, əlbəttə ki, dövlətin imicini yüksəldir, dünya ictimaiyyətinin gözündə daha cəlbedici və nüfuzlu edir. Bu mənada Azərbaycanda beynəlxalq yarışların keçirilməsi həm ölkənin potensialından xəbər verir, həm də beynəlxalq federasiyaların ona inamını əks etdirir. Ölkəmizin dünya miqyasında tanınmasında, mövqelərinin möhkəmlənməsində, müsbət imicinin formalaşmasında dövlətimizin idman siyasəti mühüm rol oynayır. Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində formalaşan idman siyasəti beynəlxalq aləmdə öz nəticələrini verir.

Kamran Quliyev
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin
Abşeron rayonu üzrə sektor müdiri

Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır
Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır
Azərbaycan qadınlarının fədakarlığı və uğurları ölkənin inkişafına töhfə verir
Azərbaycan qadınlarının fədakarlığı və uğurları ölkənin inkişafına töhfə verir
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı həqiqətləri və tarixi zəfər
Xocalı həqiqətləri və tarixi zəfər
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Gənclərə etimad göstərən dövlət modeli
Gənclərə etimad göstərən dövlət modeli
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...