Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi

Tarix:17-09-2024, 17:50

Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi


“2020-ci ildə İkinci Qarabağ Müharibəsi başa çatanda bizim bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi”. – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.
Azərbaycanın 20 faizdən çox ərazisi 30 il ermənilərin işğalı altında qalmışdı. Bu illər ərzində Azərbaycan dövləti dəfələrlə öz torpaqlarını danışıq, sülh yolu ilə geri qaytarmağa cəhd göstərmişdir. Lakin Ermənistan işğal etdiyi əraziləri qaytarmaq deyil, hətta yeni ərazilər iddiasıyla durmadan Azərbaycanın digər kənd və şəhərlərini atəşə tuturdu.

ATƏT-in Minsk qrupunun, BMT-nin bəyanatlarına heç bir əhəmiyyət vermirdi işğalçı Ermənistan.

27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində qüdrətli Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir.
Bu, hərbi əməliyyatlar 10 noyabr 2020-ci il tarixdə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan bəyanatla başa çatdı. Ermənistan kapitulyasiya aktına imza atdı.

Lakin Ermənistan öz çirkin əməllərindən əl çəkməyərək, bəyanatın imzalanmağına baxmayaraq, Laçın sərhəd-buraxılış məntəqəsi qurulana qədər erməni quldurları Qarabağa qanunsuz daxil olub, 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar gətirib basdırmışlar. Bu minaların partlaması nəticəsində yüzlərlə insan həyatını itirmiş və yaxud ağır yaralanaraq ömürlük şikəst qalmışdır.

Xankəndidə yuva quran cinayətkarlar getdikcə azğınlaşaraq orada yaşayan mülki ermənilərdən belə öz çirkin əməllərində istifadə edirdilər. Müharibədən sonra da orada istehkamlar qurmuş, gizli yollarla külli miqdarda silah-sürsat, Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika, radioelektron mübarizə vasitələri, iki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular gətirmişlər. Eyni zamanda 10 noyabr üçtərəfli Bəyanata zidd olaraq ərazilərimizdən öz canlı qüvvələrini və texnikalarını çıxartmamışlar.

Ermənistan dövləti kapitulyasiya aktına görə Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən qeyd şərtsiz çıxartmalı idi. Lakin hər dəfə bundan imtina edirdi.
Son hadisələrdən sonra Azərbaycan lazımı addımlar atmağa başladı. Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi bir gün ərzində terrorçular cəzalandırıldılar. Azərbaycan öz suverenliyini bərpa etdi.

Yüksək səviyyədə hazırlıq görmüş peşəkar Azərbaycan hərbçiləri antiterror nəticəsində ağır relyef şəraitində, ermənilər tərəfindən neçə illərdən bəri əlverişli yerlərdə qurduqları istehkamları darmadağın etdilər. Və bu günə qədər Azərbaycan ərazilərindən çıxarılmamış Ermənistan ordusunun böyük hissəsi və hərbi texnikası məhv edildi və hərbi qənimət kimi götürüldü.

Antiterror əməliyyatı zamanı Azərbaycan zabiti, Azərbaycan əsgəri həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərdi.
Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi.

Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi.

Nizami Zalov
Abşeron Ağsaqqallar Şurasının sədri,
Şəhid Vidadi Zalovun atası

Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı həqiqətləri və tarixi zəfər
Xocalı həqiqətləri və tarixi zəfər
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Gənclərə etimad göstərən dövlət modeli
Gənclərə etimad göstərən dövlət modeli
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür