Absheron Media
Haqqımızda Bizimlə əlaqə

BMU-da “Biz qayıdacağıq!” adlı elmi-praktiki konfrans keçirilib

Tarix:28-02-2025, 13:51

BMU-da “Biz qayıdacağıq!” adlı elmi-praktiki konfrans keçirilib

Bakı Mühəndislik Universiteti (BMU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Biz qayıdacağıq!” adlı elmi-praktiki konfrans keçirilib.

Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin BMU-nun foyesində ucaldılmış büstü önünə gül dəstələri düzüblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda soyqırımı qurbanlarının, bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş etdirilib.

Millət vəkili Məlahət İbrahimqızının moderatorluğu ilə keçirilən konfransa dövlət və hökumət nümayəndələri, Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri, millət vəkilləri, tanınmış alimlər, həmçinin BMU rəhbərliyi və professor-müəllim heyəti qatılıb.

Açılış nitqi ilə çıxış edən rektor Yaqub Piriyev Azərbaycan xalqının son 200 illik tarixinin əlamətdar və yaddaqalan günlərini yaşadığını önə çəkib. Rektor ölkəmizin bu çətin regionda, dünyadakı mürəkkəb siyasi proseslər dövründə mühüm nailiyyətlər qazandığını, öz dinamik inkişafı ilə nümunəvi model formalaşdırdığını, bölgənin davamlı tərəqqisinə töhfələr verdiyini nəzərə çatdırıb. Bildirib ki, soydaşlarımızın işğaldan azad edilmiş doğma torpaqlarında yenidən məskunlaşması, eləcə də tarixi ərazilərimiz olan Qərbi Azərbaycana qayıdış məsələsi 44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədən sonra yaranmış yeni reallıqdır. Yaqub Piriyev əminliklə vurğulayıb ki, Müzəffər Ali Baş Komandanın qətiyyət və iradəsi, Azərbaycan xalqının müdrikliyi və sülhsevərliyi Qərbi Azərbaycana qayıdış konsepsiyasının uğurlu həllini təmin edəcək və bu, həm beynəlxalq hüququn, həm də ədalətin bərpasına öz müsbət töhfəsini verəcək.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova ali məktəblərdə tarixi torpaqlarımıza qayıdışla bağlı maarifləndirmə tədbirlərinin önəmli olduğunu deyib. Professor azərbaycanlıların ayrı-ayrı illərdə Ermənistandakı öz dədə-baba torpaqlarından deportasiyasını, işgəncələrə məruz qalmasını, müxtəlif toponimlərimizin dəyişdirilərək erməniləşdirilməsini tarixi faktlarla diqqətə çatdırıb. Qərbi Azərbaycana qayıdışla bağlı mübarizənin Qalib Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə hədəfə çatacağını qeyd edən Mahirə Hüseynova dövlətimizin hazırkı qüdrəti ilə bu ideyanın gerçək olacağına inandığını bildirib. Qərbi Azərbaycan itkisinin o bölgənin bütün ziyalılarının yaralı yeri olduğunu deyən professor onların bu ideya ətrafında səfərbərliyini müsbət qiymətləndirib və məsələnin gələcək nəsillərə çatdırılması üçün görülməsi vacib işləri vurğulayıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli isə ictimai təşkilatın indiyədək gördüyü işlər barədə geniş məlumat verib. Bildirib ki, Qərbi Azərbaycana qayıdış məsələsi artıq ictimai şüurda möhkəmlənərək ümummilli bir ideyaya, təkcə bu bölgədən olan insanlara deyil, bütün azərbaycanlılara aid bir məsələyə çevrilib. Tarixi torpaqlara qayıdışı azərbaycanlıların haqqı adlandıran Əziz Ələkbərli itirdiyimiz torpaqların hər qarışına qayıtmağa gücümüzün çatacağını fikirlərinə əlavə edib.

Tədbirdə iştirak edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ümummilli Lider Heydər Əliyev və onun layiqli siyasi varisi İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunması, soydaşlarımızın öz yurd-yuvalarına qayıtması ilə bağlı siyasətinin müsbət nəticələr verdiyini və Qərbi Azərbaycana qayıdışın da reallaşması üçün atılan addımların xalqımız tərəfindən alqışlandığını söyləyib. İcra başçısı deportasiya olunmuş azərbaycanlıların ən sıx məskunlaşdığı ərazinin Abşeron rayonu olduğunu önə çəkərək, bu insanların torpaq həsrətini, yurdlarına qayıdışı səbirsizliklə gözlədiklərini dilə gətirib.

Tədbirdə digər çıxış edənlər Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov, akademik Abel Məhərrəmov, akademik Nizami Cəfərov, ADPU-nun rektoru, professor Cəfər Cəfərov, millət vəkili İlham Məmmədov, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova bu gün Qərbi Azərbaycana qayıdış konsepsiyasının ölkəmizin əsas prioritetləri sırasında dayandığını, eyni zamanda xalqımızın hər bir fərdinin qəlbində tarixi torpaqlarımıza dönəcəyimizə dərin inamın yarandığını bildiriblər. Çıxışlarda qayıdış üçün atılacaq addımlar sadalanıb, bir sıra mühüm təkliflər irəli sürülüb. Qərbi Azərbaycanla bağlı zəruri faktların orta və ali məktəb proqramlarına salınması işinin daha da təkmilləşdirilməsinin vacibliyi bildirilib, habelə həmin insanların, onların varislərinin öz yurdlarına qayıtmaq hüququnun təmin edilməsi, birgəyaşayışa nail olunması üçün məsələnin beynəlxalq müstəviyə daşınmasının və dəstəyin artırılmasının gərəkliliyi vurğulanıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

BMU-da “Biz qayıdacağıq!” adlı elmi-praktiki konfrans keçirilib
BMU-da “Biz qayıdacağıq!” adlı elmi-praktiki konfrans keçirilib
BMU-da “Biz qayıdacağıq!” adlı elmi-praktiki konfrans keçirilib
BMU-da “Biz qayıdacağıq!” adlı elmi-praktiki konfrans keçirilib
BMU-da “Biz qayıdacağıq!” adlı elmi-praktiki konfrans keçirilib
BMU-da “Biz qayıdacağıq!” adlı elmi-praktiki konfrans keçirilib

Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı həqiqətləri və tarixi zəfər
Xocalı həqiqətləri və tarixi zəfər
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Gənclərə etimad göstərən dövlət modeli
Gənclərə etimad göstərən dövlət modeli
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür