Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan ilə Şimali Makedoniya arasında əməkdaşlığın yeni mərhələsi...

Tarix:12-03-2025, 15:39

Azərbaycan ilə Şimali Makedoniya arasında əməkdaşlığın yeni mərhələsi...

Azərbaycan ilə Şimali Makedoniyanın yeni tarixində bir sıra bənzər məqamlar var ki, bu da hər iki dövlətin imperiya qurbanı olması və 1990-cı ildən sonra müstəqillik əldə etməsidir. Həm Azərbaycan Respublikası, həm də Şimali Makedoniya illərlə imperiyalar tərkibində olsalar da milli düşüncələrini, adət ənənələrini qoruyub saxlamışlar.

Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyun ayında qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub.

Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Şimali Makedoniyanın keçmiş prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. Həmin səfərlər zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevlə keçirilən görüşlərdə regional əməkdaşlıq məsələləri müzakirə edilib.

Bu il mart ayının 11-də isə Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycana rəsmi səfərə gəlib.

Azərbaycan Prezidenti İlham Əliyev və Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanat veriblər.

Prezidentlər mətbuata açıqlamalarında bu səfərin iki ölkə arasında dostluq və əməkdaşlığın başlanğıcı kimi xarakterizə ediblər.

Azərbaycan Prezidenti çıxışında bildirib ki, son aylar ərzində Azərbaycan və Şimali Makedoniya prezidentlərinin görüş keçirməsi siyasi dialoqun yüksək səviyyədə olduğunu təsdiq edən faktdır: ”Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Ancaq ümid edirəm ki, Sizin rəsmi səfərinizdən və nümayəndə heyətlərinin təmaslarından sonra biz bu boşluğu da dolduracağıq”.

Onu da qeyd edək ki, ötən ilin noyabrında Şimali Makedoniya prezidenti Azərbaycanda işgüzar səfərdə olmuş, COP29-un işində iştirak etmişdir, məhz bu görüş zamanı Azərbaycan Prezidenti Şimali Makedoniya prezidentini Azərbaycana işgüzar səfərə dəvət edib.

İlham Əliyev çıxışında eyni zamanda bildirib ki, iqtisadi sahədə əməkdaşlıq imkanları böyükdür və qeyd edib ki, buna baxmayaraq əməkdaşlığın hazırki səviyyəsi iqtisadi sahədə o qədər də ürək açan deyil, lakin potensial böyükdür və tərəflər bunun üzərində işləməlidirlər və işləyəcəklər: “Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdı. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir və on iki ölkədən 10 ölkə Avropa ölkəsidir.

Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir”.

Azərbaycan Prezidenti eyni zamanda qeyd etdi ki, bu həcmi artırmaq imkanı da var, buna həm Azərbaycanın ehtiyatları imkan verir, həm də Avropanın artan tələbatı.

Goğrafiyanın genişləndirilməsi gündəliyə daxildir, interkonyektorlar vasitəsi ilə Trans Adriatik kəmərinin imkanları buna adekvatdır və yəqin ki, Avropa ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq sənədi də əslində bu çağırışa yönəlmiş sənəddir. Qalır tərəflərin ikitərəfli qaydada bu əməkdaşlıq əlaqələrini nəzərdən keçirməsi və realizə etməsi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqlar arasında mədəni əlaqələrə də ehtiyac olduğunu qeyd etdi: “Mən xatırlayıram ki, keçən səfəriniz çərçivəsində Siz Azərbaycanın mədəni həyatı ilə də tanış olmusunuz və bilirəm, sabahkı proqramınızda da buna oxşar tədbirlər var. Biz bunu çox müsbət qarşılayırıq, bunu alqışlayırıq. Şadam ki, Siz, eyni zamanda, XII Qlobal Bakı Forumunda iştirak edəcəksiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib. Əlbəttə ki, Sizin dəyərli fikirləriniz, tövsiyələriniz hamı üçün maraqlı olacaq. Siz bizim tələbələrimizlə də görüşəcəksiniz. Buna görə də Sizə təşəkkürümü bildirirəm. Sizin siyasi və dövlət xadimi kimi çox böyük təcrübəniz var. Siz beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışmısınız, eyni zamanda, ölkənizdə müxtəlif mərhələlərdən keçərək ən yüksək vəzifəyə layiq görülmüsünüz. Ona görə Sizin dəyərli fikirləriniz hamımız üçün çox maraqlı ola bilər”.

Onu da qeyd edək ki, Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Dankova mədəni diplomatiyanın tərəfdarlarından biri kimi tanınır və təsadüfi deyil ki, xanım Prezidentin proqramında mədəni proqramlar kifayət qədər çoxdur. Eyni zamanda Şimali Makedoniya Prezidenti “Bakı Qlobal Forum”da iştirak edəcək və çıxış edəcək. İki ölkə arasında yeni əməkdaşlığın yeni mərhələsini müəyyən etmiş olacaq.

Şəhla Ağbulud
Yazıçı, jurnalist, “Abşeron” qəzetinin baş redaktoru

Konstitusiyadan suverenliyə uzanan Azərbaycanın dövlətçilik yolu
Konstitusiyadan suverenliyə uzanan Azərbaycanın dövlətçilik yolu
Konstitusiyamız milli dövlətçilik ənənələrimizin və demokratik dəyərlərimizin təcəssümüdür
Konstitusiyamız milli dövlətçilik ənənələrimizin və demokratik dəyərlərimizin təcəssümüdür
Azərbaycan bayrağı xalqımızın birliyi və şəhidlərimizin əbədi yadigarıdır
Azərbaycan bayrağı xalqımızın birliyi və şəhidlərimizin əbədi yadigarıdır
9 Noyabr Dövlət Bayrağı Günü milli qürurumuzun və dövlətçilik iradəmizin rəmzidir
9 Noyabr Dövlət Bayrağı Günü milli qürurumuzun və dövlətçilik iradəmizin rəmzidir
Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol
Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol
Qələbəyə aparan yol və Böyük Qayıdış
Qələbəyə aparan yol və Böyük Qayıdış
Şuşa Zəfərdən sonra yeni inkişaf və quruculuq dövrünü yaşayır
Şuşa Zəfərdən sonra yeni inkişaf və quruculuq dövrünü yaşayır
Şuşa - Qarabağın tacı, Zəfərin zirvəsi
Şuşa - Qarabağın tacı, Zəfərin zirvəsi
Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...