Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir

Tarix:12-05-2025, 08:30

Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir


Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq tədbirlərdə verdiyi açıqlamalarda, müsahibələrində irəli sürdüyü tezislər hər zaman diqqət mərkəzində olur. Ölkə başçısının Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsi də maraqla izlənildi. Müsahibədə ifadə olunan fikirlər Azərbaycan-Vyetnam münasibətlərini tam şəkildə ifadə etməklə yanaşı, ölkəmizin qlobal arenadakı mövqeyini daha da dolğun şəkildə əks etdirdi.

Prezident İlham Əliyev müsahibə zamanı bildirdi ki, “Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Azərbaycan – Vyetnam münasibətlərini təhlil edərkən Azərbaycan xalqının Ümummilli Lideri, Vyetnamın böyük dostu Heydər Əliyevin rolunu xüsusi ilə qeyd etmək lazımdır. Onun bu ölkəyə səfərinin Vyetnam üçün olduqca böyük əhəmiyyəti var idi. Əlbəttə ki, Fransa işğalından, ABŞ ilə dəhşətli müharibədən, eləcə də digər dövlətlərin müdaxiləsindən sonra da, Vyetnam regionda gedən geosiyasi proseslər fonunda yenə ciddi təhdidlə üzləşmişdi. Belə bir məqamda dahi Heydər Əliyevin səfəri Vyetnam xalqı və hökuməti üçün böyük dəstək ifadə edirdi”. Prezident İlham Əliyev qeyd etdi ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib”.

İqtisadi-ticari münasibətlərə toxunan dövlət başçısı qeyd edib ki, bu gün iqtisadi artımı stimullaşdırmaqla bərabər həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur.

Bununla yanaşı dövlətimizin başçısı vurğuladı ki,”2014-cü ildə Vyetnam Sosialist Respublikasına dövlət səfəri və ardınca 2015-ci ildə cənab Çıonq Tan Şanqın ölkəmizə gəlişi münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi. Həmin vaxt Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirildi. Bu da müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsi və inkişafı baxımdan effektli alındı.

Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının yaradılması, siyasi məsləhətləşmələr, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyəti, beynəlxalq təşkilatlar, Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlığımız fonunda münasibətlər arzulanan səviyyədə davam edir”.

Prezident İlham Əliyev müsahibəsində bir daha bəyan etdi ki, ölkəmiz Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir. Statistik göstəriciləri şübhəsiz ki, nikbindir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub, bu göstəriciləri gələcəkdə də artırmaq üçün ciddi potensial var və neft sahəsində də qarşılıqlı fəaliyyət mövcuddur. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında imzalanan müqavilə qeyd olunanların təsdiqidir. Təkcə iqtisadi sektorda deyil, bütövlükdə Azərbaycanla Vyetnam arasında münasibətlər bütün əsas sahələrdə uğurla inkişaf edir. Prezident İlham Əliyev Heydər Əliyev Fondunun Vyetnamda fəal surətdə layihələr həyata keçirdiyini, fondun vitse-prezidenti Leyla Əliyevanın dost ölkəyə səfəri zamanı vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, o cümlədən, Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşünü xatırladaraq bunun ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf dinamikasında mühüm rol oynadığını diqqətə çatdırdı.

Bu dostluq və əməkdaşlıq münasibətləri fonunda Azərbaycan–Vyetnam mədəni əlaqələri də mühüm önəm daşıyır. Azərbaycanlı bəstəkar Qara Qarayevin “Vyetnam süitası” əsəri, rejissor Əjdər İbrahimovun Vyetnamda kino məktəbinin qurulmasında rolu, Bakıda “Əfsanə yaradanlar” filminin nümayişi və Vyetnam Günləri kimi təşəbbüslər ortaq humanitar dəyərlərin təcəssümüdür.

Rəsmi işgüzar səfər çərçivəsində edilən birgə Bəyanatda müdafiə, təhlükəsizlik, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə, habelə mədəniyyət, idman, turizm, təhsil sahələrində münasibətlərimizi inkişaf etdirmək nəzərdə tutulub ki, bu da gələcək əməkdaşlığı genişləndirmək üçün çox böyük perspektiv imkanlar açır.

Nəticə etibarilə deyə bilərik ki, hər iki dövlət arasında tarixi bu günü özündə əks etdirən münasibətlər dostluq, qarşılıqlı hörmət və davamlı strateji tərəfdaşlıq üzərində qurulub.

Əminliklə deyə bilərik ki, Azərbaycanla Vyetnam arasında strateji tərəfdaşlıq münasibətləri bundan sonrakı dövrlərdə daha da inkişaf edəcək.

Zamin Zeynal
Abşeron rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədr müavini, QHT sədri

Qardaşlıq, tərəfdaşlıq və strateji əməkdaşlığın yeni mərhələsi
Qardaşlıq, tərəfdaşlıq və strateji əməkdaşlığın yeni mərhələsi
Görədil məktəbində uşaq hüquqları mövzusuna xüsusi diqqət
Görədil məktəbində uşaq hüquqları mövzusuna xüsusi diqqət
Qubadlı – Qarabağın dirçələn incisi
Qubadlı – Qarabağın dirçələn incisi
Azərbaycan və Qazaxıstan beynəlxalq arenada biri birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür
Azərbaycan və Qazaxıstan beynəlxalq arenada biri birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür
20 Oktyabr - Zəngilan şəhəri günüdür
20 Oktyabr - Zəngilan şəhəri günüdür
17 Oktyabr - Füzuli şəhəri günüdür
17 Oktyabr - Füzuli şəhəri günüdür
Azərbaycan Prezidenti MDB Şurasının iclasında dostluq və əməkdaşlıq mesajları verdi
Azərbaycan Prezidenti MDB Şurasının iclasında dostluq və əməkdaşlıq mesajları verdi
Azərbaycan Prezidentindən Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar
Azərbaycan Prezidentindən Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar
Azərbaycan müəllimlərinin tarixi missiyası
Azərbaycan müəllimlərinin tarixi missiyası
4 Oktyabr - Cəbrayıl şəhəri günüdür
4 Oktyabr - Cəbrayıl şəhəri günüdür
Elmin və təhsilin fədakar memarları – Müəllimlərimiz
Elmin və təhsilin fədakar memarları – Müəllimlərimiz
3 Oktyabr Azərbaycan dövlətçiliyində tarixi dönüş
3 Oktyabr Azərbaycan dövlətçiliyində tarixi dönüş
Beynəlxalq Müəllimlər Günü: zəhmətin və fədakarlığın bayramı
Beynəlxalq Müəllimlər Günü: zəhmətin və fədakarlığın bayramı
Abşeronda “Ahılların konstitusion hüquqları və etibarlı müdafiə sistemi” adlı tədbir keçirilib
Abşeronda “Ahılların konstitusion hüquqları və etibarlı müdafiə sistemi” adlı tədbir keçirilib
Abşeronda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
Abşeronda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan-İtaliya əlaqələri yeni mərhələyə qədəm qoyur
Azərbaycan-İtaliya əlaqələri yeni mərhələyə qədəm qoyur
Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır
Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır
27 Sentyabr – Qəhrəmanlıq və Zəfərin Anım Günü
27 Sentyabr – Qəhrəmanlıq və Zəfərin Anım Günü
Abşeron rayonunda “27 sentyabr - Anım Günü” qeyd edilib
Abşeron rayonunda “27 sentyabr - Anım Günü” qeyd edilib