Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda “Narkomaniyaya qarşı mübarizə aylığı” keçirilib

Tarix:25-06-2025, 16:32

Abşeronda “Narkomaniyaya qarşı mübarizə aylığı” keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Abşeron Rayon İcra Hakimiyyəti (RİH) yanında “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə” rayon komissiyasının təşəbbüsü ilə “26 may - 26 iyun narkomaniyaya qarşı mübarizə aylığı” ilə əlaqədar rayonun səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrində, eləcə də Abşeron Olimpiya İdman Kompleksində silsilə və yekun tədbirlər keçirilib.

Rayon İcra Hakimiyyəti başçısının müavini, Abşeron RİH yanında “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə” rayon komissiyasının sədri Gülnar Rəhimova narkomaniya ilə mübarizə sahəsində keçirilən tədbirlərdə çıxış edərək, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təblığatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası istiqamətində yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti inistutları ilə əməkdaşlığın gücləndirilməsi və digər geniş miqyaslı məsələlərdən ibarət olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Aylıq çərçivəsində Abşeron Olimpiya İdman Kompleksində keçirilən tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı dövlət səviyyəsində aparılan mübarizə tədbirlərindən, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə qəbul edilən Qanun və Dövlət Proqramlarının uğurla həyata keçirilməsindən, o cümlədən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyətindən danışıb.

Daha sonra Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, Abşeron Rayon Polis İdarəsinin, Abşeron Rayon Mərkəzi Xəstəxanasının, mədəniyyət, idman və təhsil sektorlarının məsul şəxsləri, eləcə də QHT sədrləri və dini icma rəhbərləri çıxış edərək cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə mənfi təsir göstərən, insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan bu amilin Abşeron rayonunda qarşısının alınması istiqamətində müvafiq tədbirlərin aparıldığını qeyd ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.

Qeyd edək ki, Abşeron RİH-nin və Abşeron - Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə aylığı” çərçivəsində müxtəlif idman növləri üzrə yarışlarda keçirilib. Yarışların keçirilməsində məqsəd kiçik və yeniyetmə idmançılar arasında sağlam həyat tərzinin təbliğ olunması, onlarla narkomaniyaya qarşı mübarizə istiqamətində maarifləndirmə məqsədi daşıyıb. Qaliblər Abşeron - Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif ediliblər.

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Müəllim yalnız dərs demir, gələcək yetişdirir

Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı

Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir

Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır

Suverenliyimizin tam bərpa olunduğu tarixi gün

20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

Türk dünyasında əməkdaşlığın yeni hədəfləri

Prezidentdən İslam dünyasına mühüm birlik mesajı

Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər

Sülhə gedən yol tarixi həqiqətdən keçir
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur