Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan-İtaliya əlaqələri yeni mərhələyə qədəm qoyur

Tarix:3-10-2025, 11:43

Azərbaycan-İtaliya əlaqələri yeni mərhələyə qədəm qoyur


Sentyabrın 30-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər. Görüş zamanı dövlət başçıları iki ölkə arasında münasibətlərin mövcud səviyyəsini dəyərləndirib və strateji tərəfdaşlığın gələcək perspektivləri barədə danışıb.

Prezident İlham Əliyev bəyanatında bildirib ki, İtaliya-Azərbaycan münasibətləri son illərdə çox uğurla inkişaf edib və bu gün tərəflər əsl strateji tərəfdaşdır. İtaliya Prezidentinin ikinci dəfə Azərbaycana səfəri, dövlət başçıları arasında son illərdə tez-tez baş tutan görüşlər bunun bariz nümunəsi kimi qeyd olunub. Prezidentin sözlərinə görə, ölkələr arasında münasibətlər hüquqi əsaslarını möhkəmləndirən iki mühüm sənədlə təmin olunub: 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq sənədi və 2018-ci ildə qəbul edilmiş “Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”.
Azərbaycan lideri diqqətə çatdırıb ki, bu illər ərzində münasibətlər yalnız siyasi müstəvidə deyil, iqtisadi, energetika və humanitar sahələrdə də sürətlə inkişaf edib. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır, enerji sahəsində əməkdaşlıq isə xüsusi əhəmiyyət kəsb edir. İlham Əliyev vurğulayıb ki, Azərbaycan nefti İtaliyanın enerji balansında birinci, Azərbaycan qazı isə ikinci yerdədir. 2020-ci ildən başlayaraq Azərbaycan qazı TAP (Trans-Adriatik Boru Kəməri) vasitəsilə İtaliyaya ixrac olunur. Prezident xatırladıb ki, TAP layihəsinin uğurla həyata keçirilməsində İtaliya Prezidentinin şəxsi müdaxiləsi mühüm rol oynayıb.

Hazırda Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə 14 ölkəyə təbii qaz ixrac edir və boru kəmərləri ilə qaz nəqlinin coğrafi əhatəsinə görə dünyada birinci yeri tutur. İlham Əliyev bildirib ki, qaz ixracı ilə yanaşı, yaxın gələcəkdə Azərbaycan Avropa İttifaqına elektrik enerjisi ixracına da başlayacaq. Bunun üçün elektrik xətlərinin çəkilməsi istiqamətində texniki-iqtisadi əsaslandırma hazırlanır. Dövlət başçısının sözlərinə görə, TAP və Cənub Qaz Dəhlizi kimi uğurlu layihələr daha böyük enerji əməkdaşlığına yol açacaq və Xəzər hövzəsindən Avropa məkanına qədər uzanan yeni strateji layihələrə imkan yaradacaq.

Prezident İlham Əliyev bəyanatında humanitar sahədə əməkdaşlığın da xüsusi önəmini qeyd edib. O, bildirib ki, oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin açılışı olacaq. ADA Universiteti ilə İtaliyanın beş aparıcı universitetinin birgə layihəsi olan bu ali məktəb artıq yüzlərlə tələbəni əhatə edir. Burada memarlıq, mühəndislik, kənd təsərrüfatı, dizayn və menecment sahələri üzrə müasir proqramlar tədris olunur. Dövlət başçısı bu təşəbbüsün elm və təhsil müstəvisində əlaqələri yeni mərhələyə daşıyacağını və gənclərin gələcəkdə ölkələr arasında dostluğun elçilərinə çevriləcəyini vurğulayıb.

Görüşdə həmçinin Avropa İttifaqı-Azərbaycan münasibətləri müzakirə olunub. Prezident İlham Əliyev bildirib ki, İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək verib. Son dövrdə münasibətlərdə müşahidə edilən müsbət dinamika rəsmi Bakını məmnun edir. Dövlət başçısının sözlərinə görə, bir-birindən coğrafi baxımdan uzaqda yerləşən dövlətlərin belə sıx tərəfdaşlıq qurması nümunəvi xarakter daşıyır.
Prezident İlham Əliyevin mətbuata bəyanatı bir daha göstərdi ki, Azərbaycan və İtaliya arasında münasibətlər artıq əməkdaşlıq çərçivəsini aşaraq geniş spektrli strateji tərəfdaşlıq modelinə çevrilib. Enerjidən elmə, iqtisadiyyatdan humanitar sahələrə qədər uzanan bu əməkdaşlıq gələcəkdə iki ölkə arasında münasibətləri daha da gücləndirəcək.

Şərəf Qasımova,
Qobu qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol