Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan Prezidentindən Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar

Tarix:8-10-2025, 15:11

Azərbaycan Prezidentindən Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar

Qəbələdə oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında Türk dünyasının əməkdaşlığı, regional təhlükəsizlik və iqtisadi inteqrasiya məsələlərinə dair mühüm fikirlər səsləndirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bildirib ki, TDT artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzə çevrilib. Dövlət başçısı çıxışında eyni zamanda Təşkilata uğurla sədrlik etmiş Qırğızıstana təşəkkürünü bildirərək vurğulayıb: “Ortaq tarixi və mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.”

Azərbaycanın TDT-nin fəaliyyətinə mühüm dəstək verdiyini qeyd edən dövlət başçısı ölkəmizin Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürdüyünü bildirib. Prezidentin sözlərinə görə, təşkilatın inkişafı güclü iqtisadiyyat, sabitlik, gənc əhali və hərbi-texnoloji potensiala əsaslanır.

İlham Əliyev çıxışında sülh və təhlükəsizlik məsələlərinin prioritet olduğunu vurğulayaraq deyib: “Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil.” O, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın nümunəvi olduğunu bildirərək 2026-cı ildə TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsini təklif edib.

Prezident 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin və 2023-cü ildə aparılmış antiterror tədbirlərinin nəticəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu xatırladıb: “Bu, yalnız Azərbaycanın milli iradəsinin deyil, həm də bölgədə ədalətin təntənəsidir.”

Dövlət başçısı sülh sazişinin paraflanmasının Cənubi Qafqazda yeni dövrün başlanğıcı olacağını bildirib və TDT çərçivəsində inteqrasiyanın dərinləşməsini vacib sayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan regionun əsas tranzit mərkəzinə çevrilib. 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar 90 faiz artdığını və Zəngəzur dəhlizinin açılmasının regional iqtisadi inteqrasiyanı gücləndirəcəyini vurğulayıb.

Enerji sahəsinə toxunan dövlət başçısı bildirib ki, Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və bərpaolunan enerji istehsalının 2030-cu ilədək 40 faizə çatdırılması planlaşdırılır. “Hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə və Avropanı birləşdirən yaşıl enerji dəhlizi üzərində çalışırıq,” – deyə Prezident qeyd edib.

O, Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə yatırıldığını, birgə fondların yaradıldığını da vurğulayıb. “Bu addımlar iqtisadi və nəqliyyat əlaqələrinin dərinləşməsinə xidmət edir,” – deyə Prezident qeyd edib.

Dövlət başçısı çıxışının sonunda 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinin gələn il TDT çərçivəsində qeyd olunmasını təklif edib və Türk dövlətlərinə Qarabağ və Şərqi Zəngəzurun bərpasına verdikləri dəstəyə görə təşəkkürünü bildirib: “Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.”

Faiq Xosrovlu,
Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbin direktoru

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri