Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir

Tarix:10-12-2025, 08:17

Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir

Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il tarixində Slovakiyaya səfəri çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycan–Slovakiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini bir daha nümayiş etdirdi. Dövlət başçısı çıxışında bildirdi ki, Slovakiya və Azərbaycan sözün əsl mənasında dost ölkələr və etibarlı strateji tərəfdaşlardır. Keçən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətləri ən yüksək mərhələyə qaldırıb və bu sənəddən sonra bütün sahələr üzrə əməkdaşlıq daha da intensiv xarakter alıb. Hazırda hər iki ölkənin müştərək komandaları müxtəlif istiqamətlərdə fəal işləyir, birgə iqtisadi işçi qrupun fəaliyyəti genişlənir, energetika kimi ənənəvi əməkdaşlıq sahəsində isə konkret layihələr uğurla həyata keçirilir. Ötən il Azərbaycanın ilk dəfə Slovakiyaya təbii qaz tədarük etməsi bu əməkdaşlığın mühüm nəticələrindən biri olub və Azərbaycan Slovakiyanın tələb etdiyi miqdarda enerji resurslarını təmin etmək imkanına malikdir.

Prezident İlham Əliyev Azərbaycanın zəngin qaz yataqlarının ölkəyə geniş ixrac imkanı yaratdığını, hazırda Azərbaycan qazı alan ölkələrin sayının 14-ə çatdığını və ölkəmizin boru kəmərləri vasitəsilə ixrac olunan qazın təchizatçısı kimi birinci yerdə qərarlaşdığını qeyd edib. Yeni yataqların işlənməsi əlavə resursların dövriyyəyə daxil olmasına şərait yaradacaq ki, bu da Slovakiya və digər Avropa ölkələrinə daha böyük həcmdə qaz tədarükünü mümkün edəcək. Hazırda Azərbaycanın ümumi qaz ixracının 25 milyard kubmetr olduğunu bildirən dövlət başçısı bu həcmdən 50 faizinin Avropa ölkələrinə göndərildiyini, Avropa İttifaqının 8 üzvünün məhz Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliyini təmin etdiyini vurğulayıb.

Müdafiə sənayesi sahəsində əməkdaşlığın geniş imkanları barədə danışan Prezident qeyd edib ki, bu istiqamətdə əməkdaşlıq hərbi məqsədlərdən daha çox sənaye və texnoloji inkişaf baxımından nəzərdən keçirilir. Slovakiya texnologiyalarının Azərbaycan maliyyə imkanları ilə birləşdirilməsi yeni məhsulların istehsalını və dünya bazarlarına çıxışını təmin edə bilər. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan müharibə aparmaq niyyətində deyil və bu əməkdaşlıq yalnız sülh, sənaye və inkişaf məqsədlərinə xidmət edir. İlham Əliyev noyabrın 8-də qeyd olunan Zəfər Gününün beşinci ildönümündə Slovakiyanın yüksək səviyyəli rəsmi nümayəndələrinin Bakıda fəxri qonaq qismində iştirakını xüsusi məmnunluqla vurğulayıb və bunu iki ölkə arasındakı səmimi dostluğun bariz nümunəsi kimi qiymətləndirib.

Slovakiyanın uğurlu inkişafı, sabitliyi və güclü sənaye potensialı Azərbaycan tərəfindən yüksək dəyərləndirilir. Prezident İlham Əliyev bildirib ki, Slovakiyanın müstəqil xarici siyasət yürütməsi bəzən çətinliklər yaratsa da, bu mövqedə qətiyyət nümayiş olunması ona bölgədə böyük hörmət qazandırıb. Azərbaycan da öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib və bu gün Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayır. Son illərdə infrastruktur, nəqliyyat və logistika sahəsinə yatırılan sərmayələr nəticəsində Azərbaycan Şərq–Qərb nəqliyyat dəhlizinin aparıcı hissəsinə çevrilib və Orta Dəhliz layihəsində fəal iştirak edir. Asiyanı Avropa ilə birləşdirən ən təhlükəsiz və etibarlı marşrutlardan birinin Azərbaycan ərazisindən keçməsi ölkəmizin tranzit imkanlarının nə qədər geniş olduğunu göstərir.

Gələcək planlarla bağlı Prezident bildirib ki, Azərbaycan bağlantılar və nəqliyyat sektoruna əlavə investisiyalar yönləndirəcək, bu sahədə imkanlar daha da genişlənəcək. Bu istiqamət Slovakiya ilə əməkdaşlığın dərinləşməsi üçün böyük potensiala malikdir və qarşıdakı illərdə tərəflər bu imkanlardan daha geniş istifadə etməyi planlaşdırırlar.

Dövlət başçısı Azərbaycanın enerji və texnoloji potensialına da toxunaraq qeyd edib ki, ölkədə istifadə olunmayan enerji gücü hazırda təxminən 2 giqavata bərabərdir və yaxın beş ildə 8 giqavata çatdırılması planlaşdırılır. Bu, süni intellekt texnologiyaları və beynəlxalq data mərkəzləri üçün mühüm üstünlükdür. Azərbaycanın iqlim müxtəlifliyi – xüsusilə ilin böyük hissəsində soyuq olan bölgələrin mövcudluğu – data mərkəzlərinin yerləşdirilməsi üçün əlverişli şərait yaradır. Prezident bildirib ki, Azərbaycan beynəlxalq data mərkəzləri üçün regional hab rolunu oynamağa hazırdır və bu istiqamətdə Slovakiya şirkətləri ilə əməkdaşlıq perspektivləri genişdir.

Prezident İlham Əliyevin Slovakiyada mətbuata bəyanatı iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşəcəyini, siyasi, iqtisadi, enerji və texnoloji sahələrdə əməkdaşlığın artan dinamika ilə davam etdiyini təsdiqlədi. Bu səfər Azərbaycan–Slovakiya münasibətlərinə yeni impuls verərək əməkdaşlığın gələcək mərhələsi üçün möhkəm zəmin yaratdı.

Gülnaz Kərimova,
Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru

Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub