Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək

Tarix:14-01-2026, 15:46

Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək


Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilmiş “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirə ölkəmizin uzunmüddətli və dayanıqlı inkişaf strategiyasında mühüm mərhələdir. Bu proqram Bakı şəhəri ilə yanaşı Abşeron yarımadasını, o cümlədən Xırdalan şəhərini əhatə etməklə əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Son 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda genişmiqyaslı infrastruktur layihələri uğurla icra olunub. Elektrik enerjisi, qazlaşdırma, avtomobil yolları, su təchizatı və digər strateji sahələrdə əsas problemlər həllini tapıb. Bu gün ölkəmizin enerji generasiya gücü daxili tələbatı üstələyir, qazlaşdırma səviyyəsi 96 faizə çatıb, yol infrastrukturu tamamilə yeni mərhələyə qədəm qoyub. Dörd böyük su anbarının inşası isə ölkənin su təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilib.

Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məsələlərdən biri də su resurslarının qorunması və səmərəli idarə olunmasıdır. Ermənistanın uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi su terroru, xüsusilə “Sərsəng” və “Suqovuşan” su anbarları ilə bağlı problemlər bu gün artıq tarixdə qalıb. Azad edilmiş ərazilərdə su infrastrukturunun bərpası və yeni su anbarlarının tikintisi su təhlükəsizliyimizin möhkəmləndirilməsinə xidmət edir.

Yeni qəbul edilən Dövlət Proqramının əsas məqsədi Bakı və Abşeron yarımadasını, o cümlədən Xırdalan şəhərini dayanıqlı və fasiləsiz içməli su ilə təmin etmək, yağış və tullantı sularının idarə olunmasını müasir tələblər səviyyəsinə çatdırmaqdır. Proqram çərçivəsində təxminən 30-a yaxın yeni su anbarının tikilməsi, su təsərrüfatında sayğaclaşdırmanın 100 faizə çatdırılması, su itkilərinin hazırkı 40–45 faizdən kəskin şəkildə azaldılması nəzərdə tutulur.

Xüsusilə qeyd etmək lazımdır ki, proqramın icrası nəticəsində fasiləsiz içməli su ilə təmin olunan əhalinin payı 70 faizdən 95 faizə yüksələcək. Bakı, Sumqayıt, Abşeron rayonu və 64 yaşayış məntəqəsində, o cümlədən Xırdalan şəhərində su təchizatı əsaslı şəkildə yaxşılaşdırılacaq, 200 kilometrdən artıq magistral kanallar və paylayıcı şəbəkələr tikiləcək və yenidən qurulacaq.

Yağış sularının idarə olunması məsələsi də proqramın prioritet istiqamətlərindəndir. Bakının 30 küçəsində yeni kollektor şəbəkələrinin qurulması şəhər təsərrüfatına ciddi töhfə verəcək, leysan yağışları zamanı yaranan problemlərin qarşısının alınmasına imkan yaradacaq. Kanalizasiya xidmətləri ilə əhatə dairəsinin 50 faizdən 95 faizə çatdırılması isə həm ekoloji vəziyyətin, həm də şəhər mühitinin sağlamlaşdırılmasına xidmət edəcək.

Dövlət Proqramı çərçivəsində dənizə buraxılan tullantı sularının 100 faiz təmizlənməsi, Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və ölkəmizdə ilk dəfə olaraq duzsuzlaşdırma zavodunun inşası xüsusi əhəmiyyət daşıyır. Bu layihələr Abşeron yarımadasının, o cümlədən Xırdalan şəhərinin su təminatında alternativ və etibarlı mənbələrin formalaşmasına şərait yaradacaq.

Eyni zamanda, proqram su sektorunda rəqəmsal idarəetmənin tətbiqini, SCADA və IoT sistemləri vasitəsilə su itkilərinə nəzarətin gücləndirilməsini nəzərdə tutur. Bu isə şəffaflığın artırılmasına, resurslardan daha səmərəli istifadəyə və uzunmüddətli dayanıqlığa zəmin yaradır.

Əminliklə demək olar ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən bu Dövlət Proqramı Bakı və Abşeron yarımadasının, o cümlədən Xırdalan şəhərinin su təsərrüfatında keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Xırdalan şəhər bələdiyyəsi olaraq biz bu proseslərin icrasında yaxından iştirak edəcək, yerli səviyyədə görülən işlərin effektiv və vaxtında həyata keçirilməsinə öz töhfəmizi verəcəyik.

Bu proqramın uğurlu icrası Xırdalan sakinlərinin rifahının yüksəldilməsinə, şəhərin davamlı inkişafına və gələcək nəsillər üçün etibarlı su təminatının formalaşdırılmasına xidmət edəcək.

Anar Abbasov
Xırdalan şəhər bələdiyyəsinin sədri

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri