Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu

Tarix:22-01-2026, 16:50

Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibədə müasir beynəlxalq münasibətlərin mahiyyəti, regional sülh prosesi, enerji təhlükəsizliyi və Avropa qurumları ilə münasibətlər barədə mühüm mesajlar səsləndirib.

Dövlətimizin başçısı bildirib ki, hazırkı mərhələdə beynəlxalq hüquq normaları artıq dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq və dəyişməz qayda kimi qəbul edilmir. Bu reallıq fonunda Azərbaycanın strateji xətti milli maraqlara əsaslanaraq konkret nəticələr əldə etməkdən ibarət olub. Cənab Prezident vurğulayıb ki, ölkənin atdığı bütün addımlar – istər siyasi inkişaf, istərsə də suverenliyin və ərazi bütövlüyünün bərpası – beynəlxalq hüquqa və ümumi dəyərlərə tam uyğun şəkildə həyata keçirilib. Onun sözlərinə görə, dünya bu gün yeni bir mərhələyə qədəm qoyur və bu mərhələdə beynəlxalq münasibətləri artıq qanunun aliliyi deyil, güc amili formalaşdırır. Məhz buna görə hər bir dövlət öz strategiya və siyasətini mövcud potensialına uyğun qurmalı, ilk növbədə regionunda, daha sonra isə qlobal miqyasda mümkün qədər çox ölkə ilə sağlam münasibətlər yaratmalıdır. Prezident qeyd edib ki, Azərbaycan bu məqsədə nail olmağı bacarıb.

Müsahibədə Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini böyük şərəf kimi qiymətləndirib. O, bu mükafatı otuz ildən artıq davam edən qanlı münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasına yönəlmiş səylərə verilən beynəlxalq qiymət kimi dəyərləndirib. Dövlət başçısı vurğulayıb ki, Cənubi Qafqaz bu gün yeni inkişaf mərhələsinə daxil olur və region artıq bir neçə aydır sülh şəraitində yaşayır. Cənab Prezidentin sözlərinə görə, bu, Azərbaycanın müstəqillik tarixində ilk belə təcrübədir və həm xüsusi bir hiss, həm də böyük fürsətdir. O qeyd edib ki, hazırda Azərbaycanla Ermənistan arasında münasibətlər tədricən əməkdaşlıq müstəvisinə keçir, Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətlər aradan qaldırılıb və həmin ölkənin ciddi şəkildə asılı olduğu əsas malların, xüsusilə neft məhsullarının təchizatına başlanılıb. Prezident bu prosesdən hər iki tərəfin qazandığını vurğulayaraq, Azərbaycan və Ermənistanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri nəticəsində Qafqazda müvəqqəti deyil, əbədi sülhün mümkün olacağına inandığını bildirib.

Dövlət başçısı ölkədaxili təhlükəsizlik məsələlərinə də toxunaraq bildirib ki, Azərbaycanda daxili potensial risklər mövcud deyil. Onun sözlərinə görə, hər bir ölkə sərhədləri boyunca sabitlik haqqında düşünməlidir və Azərbaycan üçün mövcud risklər yalnız xarici mənbələrdən qaynaqlana bilər. Prezident qonşu regionlarda, xüsusilə İranda müşahidə olunan müəyyən qeyri-sabitlikdən narahatlıq ifadə edib və qeyd edib ki, region üçün sabitlik və sülh ən böyük sərvətdir. Müharibə və işğalın ağır nəticələrini yaşamış bir ölkə kimi Azərbaycanın minlərlə itki verdiyini xatırladan Prezident vurğulayıb ki, bu gün sülh və sabitlik istənilən dövlət üçün uğurun yeganə yoludur. Enerji bazarındakı vəziyyətə toxunan Prezident İlham Əliyev neft qiymətlərinin Azərbaycan üçün məqbul və sabit səviyyədə olduğunu bildirib və müxtəlif bölgələrdə baş verən böhranların qlobal enerji qiymətlərinə ciddi təsir göstərməməsini bazar üçün müsbət göstərici kimi qiymətləndirib. Onun sözlərinə görə, bu sabitlik həm hasilatçıların, həm də istehlakçıların gələcəyi planlaşdırması baxımından mühüm əhəmiyyət daşıyır.

Cənab Prezident müsahibəsində Azərbaycanın enerji sahəsində Cənubi Qafqazda müstəsna mövqeyə malik olduğunu diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan regionda enerji ehtiyatlarına sahib olan və digər ölkələrə neft və qaz ixrac edən yeganə dövlətdir. Uzun illərdir Gürcüstan, hazırda isə Ermənistan enerji resurslarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə enerji əməkdaşlığının genişləndiyini vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycan artıq 16 ölkəyə təbii qaz ixrac edir və onlardan 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazının coğrafi əhatəsinə görə Azərbaycanın dünyada birinci yerdə olduğunu bildirən Prezident ölkənin zəngin təbii resurslara, inkişaf etmiş nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malik olduğunu deyib. O vurğulayıb ki, bir çox Avropa ölkəsi ilə qurulan yaxşı münasibətlər onların enerji təhlükəsizliyini gücləndirir, Azərbaycan üçün isə ehtiyatlarını yüksək qiymətli bazarlarda satmaq imkanı yaradır. Prezident əlavə edib ki, Azərbaycan qazı təkcə Avropaya deyil, son dövrlərdə Suriyaya da ixrac etməyə başlayıb, lakin qiymət baxımından Avropa bazarı hələ də ən cəlbedici bazar olaraq qalır.

Avropa Parlamentinin Azərbaycana qarşı tənqidlərinə münasibət bildirən Prezident İlham Əliyev qeyd edib ki, rəsmi Bakı artıq bu mövqeyə reaksiya vermir. Onun sözlərinə görə, keçmişdə bu cür ittihamlara cavab verilirdi, lakin hazırkı qərəzli münasibət Azərbaycanın müstəqil siyasətini qəbul edə bilməyən müəyyən lobbi qruplarının və xüsusi maraqlı qüvvələrin fəaliyyəti ilə bağlıdır. Prezident bildirib ki, Azərbaycan artıq uzun illərdir Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə əməkdaşlığı dayandırıb və münasibətləri Avropa Komissiyası ilə məhdudlaşdırıb. Dövlət başçısı vurğulayıb ki, Ermənistanın Azərbaycanla münasibətləri yüksək qiymətləndirdiyi bir dövrdə Avropa Parlamentinin Bakını “təcavüzkar mövqedə” ittiham etməsi bu qurumu ziddiyyətli vəziyyətə salır. O xatırladıb ki, ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflanıb və ümidvar olduğunu bildirib ki, Avropa Parlamentinin üzvləri Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirmək üçün kifayət qədər siyasi iradə göstərəcəklər.

Mahnur Hüseynova,
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Qalib xalqın qalib idmançıları
Qalib xalqın qalib idmançıları
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Ömrünü xalqına həsr edən Dahi Lider
Ömrünü xalqına həsr edən Dahi Lider
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir