Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi

Tarix:22-01-2026, 16:53

Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 yanvar 2026-cı ildə Davosda “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sistemində baş verən fundamental dəyişikliklər fonunda Azərbaycanın tutduğu prinsipial mövqeni və formalaşdırdığı uğurlu strateji xətti bir daha aydın şəkildə ortaya qoydu. Dövlət başçısının fikirləri həm qlobal siyasi reallıqların düzgün təhlili, həm də milli maraqlara əsaslanan praqmatik siyasətin nəticələri baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev vurğuladı ki, beynəlxalq hüquq normaları artıq dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq meyar kimi qəbul edilmir. Məhz bu səbəbdən Azərbaycan öz strateji məqsədlərini milli maraqlar əsasında müəyyən edib və bütün addımlarını beynəlxalq hüquqa tam uyğun şəkildə atıb. Ölkəmizin siyasi inkişafı, suverenliyinin və ərazi bütövlüyünün bərpası həm hüquqi əsaslara, həm də ümumbəşəri dəyərlərə söykənib. Bu yanaşma yeni formalaşan beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyini daha da möhkəmləndirib. Prezidentin qeyd etdiyi kimi, bu gün dünyada vəziyyəti artıq qanunun aliliyi deyil, güc amili müəyyənləşdirir və belə bir şəraitdə hər bir dövlət öz potensialına uyğun siyasət yürütməli, regional və qlobal müstəvidə mümkün qədər çox ölkə ilə sağlam münasibətlər qurmalıdır. Azərbaycan bu strategiyanın uğurlu nümunəsini ortaya qoyub.

Müsahibədə dövlət başçısı “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini də xüsusi məmnunluqla qeyd etdi. Bu mükafatın Qafqazda onilliklər boyu davam edən münaqişə və qan tökülməsindən sonra sülhün bərqərar olunmasına yönəlmiş səylərə verilən yüksək qiymət olduğunu bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, Cənubi Qafqaz bu gün yeni inkişaf mərhələsinə qədəm qoyur və region artıq aylar ərzində sülh şəraitində yaşayır. Azərbaycan və Ermənistan arasında münasibətlərin əməkdaşlıq müstəvisinə keçməsi, nəqliyyat və enerji sahəsində məhdudiyyətlərin aradan qaldırılması hər iki ölkə üçün qarşılıqlı fayda yaradır. Dövlət başçısının fikrincə, hökumətlərin və vətəndaş cəmiyyətinin birgə səyləri nəticəsində Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olmaq mümkündür və Azərbaycanın əsas məqsədi də məhz budur.

Prezident İlham Əliyev ölkə daxilində sabitliyin möhkəm əsaslara söykəndiyini xüsusi olaraq vurğuladı. Bildirildi ki, Azərbaycanda daxili təhlükəsizliklə bağlı potensial risklər mövcud deyil və bütün mümkün təhdidlər xarici amillərlə əlaqəlidir. Bu baxımdan regionda, xüsusilə də qonşu ölkələrdə sabitliyin qorunması Azərbaycanın daim diqqət mərkəzindədir. Dövlətimizin başçısı sülh və sabitliyin hər bir ölkə üçün uğurun yeganə yolu olduğunu qeyd edərək, müharibənin ağır nəticələrini yaşamış Azərbaycan üçün bu anlayışların xüsusi dəyər daşıdığını bildirdi. Enerji bazarındakı vəziyyətə toxunan cənab Prezident neft qiymətlərinin sabitliyini müsbət amil kimi dəyərləndirdi və bunun həm istehsalçılar, həm də istehlakçılar üçün proqnozlaşdırılan gələcək baxımından vacib olduğunu qeyd etdi.

Müsahibədə Azərbaycanın enerji sahəsindəki unikal mövqeyi də geniş şəkildə diqqətə çatdırıldı. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Cənubi Qafqazda enerji ehtiyatlarına malik olan və digər ölkələrə neft və qaz ixrac edən yeganə dövlətdir. Bu gün 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə təbii qaz ixrac edən Azərbaycan boru kəməri qazının coğrafi əhatəsinə görə dünyada lider mövqedədir. Müasir nəqliyyat infrastrukturu, geniş boru kəməri şəbəkəsi və zəngin resurslar ölkəmizə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaş olmaq imkanı yaradır. Eyni zamanda, bu əməkdaşlıq Azərbaycan üçün də yüksək gəlirli bazarlara çıxış deməkdir.

Prezident İlham Əliyev Avropa Parlamentinin Azərbaycana qarşı uzun illərdir davam edən qərəzli mövqeyinə də münasibət bildirdi. Dövlət başçısı qeyd etdi ki, rəsmi Bakı artıq bu cür tənqidlərə reaksiya vermir və Avropa Parlamenti ilə əməkdaşlıq dayandırılıb. Azərbaycan Avropa Komissiyası ilə konstruktiv əməkdaşlığı davam etdirməklə kifayətlənir. Prezident vurğuladı ki, Ermənistanın belə Azərbaycanla münasibətləri müsbət dəyərləndirdiyi bir vaxtda, Avropa Parlamentinin ittihamları məntiqsiz və ədalətsiz görünür. Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması regionda yaranmış yeni reallıqların bariz göstəricisidir.

Prezident İlham Əliyevin Davosdan dünyaya ünvanladığı bu mesajlar bir daha göstərdi ki, Azərbaycan müasir qlobal çağırışlar fonunda müstəqil siyasət yürüdən, regional sabitliyin və beynəlxalq əməkdaşlığın fəal tərəfdarı olan güclü dövlətdir. Milli maraqlara əsaslanan bu xətt ölkəmizin gələcək uğurlarının əsas təminatıdır.

Məmmədağa Orucəliyev
“Qobu” qəzetinin baş redaktoru

Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Qalib xalqın qalib idmançıları
Qalib xalqın qalib idmançıları
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Ömrünü xalqına həsr edən Dahi Lider
Ömrünü xalqına həsr edən Dahi Lider
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir