Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır

Tarix:6-02-2026, 09:15

Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır

4 fevral 2026-cı ildə Prezident İlham Əliyevin Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində etdiyi çıxış müasir dövrün ən mühüm siyasi və humanitar mesajlarından biri kimi yadda qaldı. Dövlət başçısının çıxışı təkcə şəxsi təltif kimi deyil, eyni zamanda Azərbaycan dövlətinin sülh, əməkdaşlıq və dialoq siyasətinin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsi oldu.

Prezident İlham Əliyev çıxışında bu nüfuzlu mükafata layiq görülməyin böyük şərəf olduğunu vurğulayaraq, Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayedin dünya miqyasında dərin hörmət qazanan lider olduğunu qeyd etdi. Onun uzaqgörən siyasəti nəticəsində BƏƏ-nin bu gün sülh, rifah və multikultural dəyərlər üzərində qurulmuş uğurlu dövlətə çevrildiyi xüsusi vurğulandı. Prezident Şeyx Məhəmməd bin Zayedin atasının yolunu layiqincə davam etdirdiyini və ölkəsini gələcəyə inamla aparan lider olduğunu da diqqətə çatdırdı.

Çıxışın əsas məğzini Azərbaycan və Ermənistan arasında əldə olunan sülh prosesi təşkil edirdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı uzun illər müharibə şəraitində yaşadıqdan sonra artıq sülhü öyrənir və bu, tamamilə yeni bir tarixi mərhələdir. Vaşinqtonda keçirilən Zirvə Görüşündən sonra keçən altı ayın tərəfdaşlıq, əməkdaşlıq və dayanıqlı sülhə doğru real addımlarla yadda qaldığını qeyd edən dövlət başçısı bu prosesdə beynəlxalq ictimaiyyətin rolunu yüksək qiymətləndirdi.

Prezident ABŞ Prezidenti Donald Trampın sülh prosesinə verdiyi töhfəni xüsusi vurğuladı. 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən üçtərəfli Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflandığını, Birgə Bəyannamənin imzalandığını və bununla da üç onillikdən artıq davam edən münaqişəyə son qoyulduğunu xatırlatdı.

Dövlət başçısı çıxışında praktiki əməkdaşlıq məsələlərinə də toxundu. Bildirildi ki, Azərbaycan təkcə Ermənistana yük daşımalarına qoyulan məhdudiyyətləri aradan qaldırmayıb, eyni zamanda neft məhsullarının ixracına da başlayıb və bu addımlar iki ölkə arasında iqtisadi əlaqələrin formalaşmasına və qarşılıqlı etimadın bərpa olunmasına xidmət edir.

Prezident İlham Əliyev dinlərarası dialoqa verdikləri töhfəyə görə Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayyibə və Roma Papası Zati-müqəddəsləri Leoya da minnətdarlığını bildirdi.

Çıxışın yekununda Prezident İlham Əliyev bildirdi ki, uzunmüddətli münaqişəyə, qarşılıqlı etimadsızlığa və ağrılı keçmişə baxmayaraq, sülh mümkündür. Əsas şərt güclü siyasi iradənin mövcudluğu və beynəlxalq dəstəyin təmin olunmasıdır. Əbu-Dabidə keçirilən bu mərasimin rəmzi məna daşıdığını qeyd edən dövlət başçısı son danışıqların məhz burada aparıldığını və yekun razılaşmanın daha sonra Vaşinqtonda rəsmiləşdirildiyini xatırlatdı.

Prezidentin bu çıxışı bir daha sübut etdi ki, Azərbaycan artıq təkcə regional deyil, qlobal sülh təşəbbüslərinin fəal iştirakçısıdır. “Zayed İnsan Qardaşlığı Mükafatı” isə bu siyasətin beynəlxalq miqyasda yüksək qiymətləndirilməsinin rəsmi təsdiqi kimi tarixə düşdü.

Afət Camalova,
Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru

Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu