Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda qida təhlükəsizliyi ilə bağlı geniş maarifləndirmə tədbirləri keçirilib

Tarix:8-01-2026, 12:17

Abşeronda qida təhlükəsizliyi ilə bağlı geniş maarifləndirmə tədbirləri keçirilib

Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 10.12.3, 10.12.4 və 10.12.5-ci bəndlərinin icrası ilə əlaqədar Abşeron rayonunda bir sıra maarifləndirici tədbirlər həyata keçirilib.

Rayon ərazisində qida təhlükəsizliyi sahəsində əhalinin maarifləndirilməsi, istehlakçı hüquqlarının müdafiəsi, qida məhsullarının düzgün konservləşdirilməsi və saxlanılması istiqamətində genişmiqyaslı tədbirlər təşkil olunub. Xırdalan şəhəri ilə yanaşı rayonun 16 kənd və qəsəbəsində əhali arasında, eləcə də orta ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində görüşlər keçirilib, maarifləndirici posterlər paylanılıb və videoçarxlar hazırlanaraq nümayiş etdirilib.

Tədbirlər zamanı “Şəkəri azalt, ömrünü uzat!”, “Şəkərin zərərləri”, “Şəkər əvəzediciləri”, “Gündəlik qida rasionunda meyvə-tərəvəzin əhəmiyyəti” və “Sağlam qidalanma” mövzularında təqdimatlar təşkil olunub. Həmçinin ticarət və ictimai iaşə obyektlərində keçirilən görüşlərdə məsul şəxslərə qida məhsullarının düzgün konservləşdirilməsi və saxlanılması qaydaları, sanitariya-gigiyena normalarına riayət olunmasının vacibliyi barədə ətraflı məlumat verilib.

Əhali arasında aparılan maarifləndirmə işləri çərçivəsində ev şəraitində konservləşdirmə zamanı sanitariya qaydalarına əməl olunmasının əhəmiyyəti, botulizm riski və onun əsas əlamətləri – ikiqat görmə, nitq pozuntusu və digər hallarla bağlı məlumatlandırma aparılıb. Eyni zamanda, deformasiyaya uğramış qablaşdırmalardan istifadənin yolverilməz olduğu və məhsulların düzgün saxlanılması qaydaları vətəndaşların diqqətinə çatdırılıb.

Görülən tədbirlər qida zəhərlənmələrinin qarşısının alınmasına, sanitariya-gigiyena qaydalarına riayət olunmasının təmin edilməsinə və əhalinin sağlamlığının qorunmasına xidmət edir. Bu istiqamətdə maarifləndirmə tədbirləri aidiyyəti qurumlar tərəfindən davam etdirilir.

Abşeronda qida təhlükəsizliyi ilə bağlı geniş maarifləndirmə tədbirləri keçirilib
Abşeronda qida təhlükəsizliyi ilə bağlı geniş maarifləndirmə tədbirləri keçirilib
Abşeronda qida təhlükəsizliyi ilə bağlı geniş maarifləndirmə tədbirləri keçirilib
Abşeronda qida təhlükəsizliyi ilə bağlı geniş maarifləndirmə tədbirləri keçirilib
Abşeronda qida təhlükəsizliyi ilə bağlı geniş maarifləndirmə tədbirləri keçirilib
Abşeronda qida təhlükəsizliyi ilə bağlı geniş maarifləndirmə tədbirləri keçirilib
Abşeronda qida təhlükəsizliyi ilə bağlı geniş maarifləndirmə tədbirləri keçirilib
Abşeronda qida təhlükəsizliyi ilə bağlı geniş maarifləndirmə tədbirləri keçirilib
Abşeronda qida təhlükəsizliyi ilə bağlı geniş maarifləndirmə tədbirləri keçirilib

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Müəllim yalnız dərs demir, gələcək yetişdirir

Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı

Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir

Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır

Suverenliyimizin tam bərpa olunduğu tarixi gün

20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

Türk dünyasında əməkdaşlığın yeni hədəfləri