Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Uşaqlar və yeniyetmələr arasında budo üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

Tarix:2-02-2022, 10:03

Uşaqlar və yeniyetmələr arasında budo üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib


Astara Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşkilatçılığı ilə uşaqlar və yeniyetmələr arasında budo üzrə ölkə birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən federasiyanın prezidenti Faiq Rəfiyev, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov və Astara Olimpiya Kompleksinin direktoru, Əməkdar məşqçi Aslan Ağayev Azərbaycanda idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıblar. Qeyd edilib ki, ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinin də inkişafı diqqət mərkəzindədir.

Sonra yarışa start verilib. İdmançılar budonun full, fri və grempig növləri üzrə mübarizə aparıblar.

Yekun nəticələrə görə, Əlisəfər Əmirov (15-16 yaş, 52 kq), Orxan Rüstəmov (15-16 yaş, 60 kq), Bəylər Əsədov (13-14 yaş, 52 kq), Siyasət Bayramov (15-16 yaş, 48 kq), Hüseyn Tağızadə (11-12 yaş, 40 kq), Tofıq Hacızadə (10-11 yaş, 30 kq), Asif Atakişiyev (15-16 yaş, 60 kq), Səxavət Mürşüdzadə (14-15 yaş, 60 kq) budonun müxtəlif növlərində qalib olublar.

Çempionatda Azərbaycanın müxtəlif bölgələrindən 150 idmançı iştirak edib. Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Yarışda mükafatalayiq yer tutan idmançılar bu ilin aprelində Ukraynada keçiriləcək Avropa birinciliyinə və çempionatına vəsiqə qazanıblar.

Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu