Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Şahin” hərbi-idman oyunu üzrə Abşeron rayon birinciliyinin qalibləri məlum olub

Tarix:16-04-2022, 17:24

“Şahin” hərbi-idman oyunu üzrə Abşeron rayon birinciliyinin qalibləri məlum olub

Abşeron rayonunda “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib. Məlumat üçün bildirək ki, Rayon İcra Hakimiyyətinin dəstəyi və rayon Gənclər və İdman İdarəsinin, rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan yarışda əsasnaməyə uyğun olaraq məktəblərin VIII-X sinif şagirdləri iştirak edib.

İştirakçılar əvvəlcə torpaqlarımızın müdafiəsi və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən igid, qəhrəman vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev çıxış edərək “Şahin” hərbi - idman oyununun keçirilməsində məqsədin məktəblilər arasında aparılan hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərinin hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlığını inkişaf etdirməkdən ibarət olduğunu diqqətə çatdırıb.

Yarışın yekun nəticəsinə əsasən Saray qəsəbə 3 saylı tam orta məktəbin komandası I yerə, Novxanı kənd 1 saylı tam orta məktəbin komandası II yerə və Mehdiabad qəsəbə 2 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüblər.

Qalib komandalara Gənclər və İdman idarəsinin diplomları təqdim edilib.

Qeyd edək ki, Yarışın qalibi olan Saray qəsəbə 3 saylı tam orta məktəbinin komandası Sumqayıt şəhərində keçiriləcək zona birinciliyində Abşeron rayonunu təmsil etmək hüququ qazanıb.

“Şahin” hərbi-idman oyunu üzrə Abşeron rayon birinciliyinin qalibləri məlum olub
“Şahin” hərbi-idman oyunu üzrə Abşeron rayon birinciliyinin qalibləri məlum olub
“Şahin” hərbi-idman oyunu üzrə Abşeron rayon birinciliyinin qalibləri məlum olub
“Şahin” hərbi-idman oyunu üzrə Abşeron rayon birinciliyinin qalibləri məlum olub
“Şahin” hərbi-idman oyunu üzrə Abşeron rayon birinciliyinin qalibləri məlum olub
“Şahin” hərbi-idman oyunu üzrə Abşeron rayon birinciliyinin qalibləri məlum olub
“Şahin” hərbi-idman oyunu üzrə Abşeron rayon birinciliyinin qalibləri məlum olub
“Şahin” hərbi-idman oyunu üzrə Abşeron rayon birinciliyinin qalibləri məlum olub

Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur

İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu

Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar

Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır

Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır

Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi

Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi

Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir

Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır

Bir imza ilə başlayan yeni strateji dövr

Müstəqillik tariximizin ən şanlı səhifəsi

Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı

Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir

Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib

Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır

Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq

Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu