Çin ilə imzalanan qrant müqaviləsinə əsasən dəyəri 60 milyon dollardan çox olan avadanlıq Azərbaycana təqdim edilib.
Bu barədə Baş nazirin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qrant müqaviləsinə uyğun olaraq növbəti illərdə də avadanlıqlar gətiriləcək. Qrant müqaviləsinin şərtlərinə görə yalnız Çində istehsal olunan avadanlıqlar ölkəyə gətirə bilərlər.