Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda “COP29: İqlim dəyişikliyi və ətraf mühitə dəstək üçün milli könüllü” mövzusunda seminar keçirilib.

Tarix:31-07-2024, 14:24

Abşeronda “COP29: İqlim dəyişikliyi və ətraf mühitə dəstək üçün milli könüllü” mövzusunda seminar keçirilib.

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və COP29 tədbirinin ölkəmizdə keçirilməsi ilə əlaqədar Abşeron rayon İcra Hakimiyyəti (RİH), 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (RETSİ) və “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun birgə təşkilatçılığı ilə RİH-də təcrübə keçən könüllülər üçün “COP29: İqlim dəyişikliyi və ətraf mühitə dəstək üçün milli könüllü” mövzusunda seminar keçirilib.

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda baş tutan seminarda çıxış edən Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini Gülnar Rəhimova COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin dövlətimizin yaşıl iqtisadiyyata keçid strategiyasının, milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınması istiqmamətində verdiyi töhfənin məntiqi nəticəsi olduğu, bu siyasətin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının təsdiqlənməsi ilə yanaşı digər strateji və hüquqi sənədlərin qəbul olunması, hazırda bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi, iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətində atılan önəmli addımlar, həyata keçirilən ardıcıl tədbirlər barədə danışıb.

COP29 konfransının Azərbaycanda keçirilməsinin gənc fəallar və könüllülər üçün qlobal iqlim siyasətinə töhfə vermək üçün mühüm platforma olduğunu, gənclərin belə qlobal tədbirdə fəal iştirak etməsinin böyük önəm daşıdığını vurğulayan G.Rəhimova Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı imzalanmış 25 dekabr 2023-cü il tarixli Sərəncamın icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən Tədbirlər Planının təsdiq olunduğunu söyləyib. Təsdiq olunmuş Tədbirlər Planının 6 bənd 58 yarımbənddən ibarət olduğunu, tədbirlər Planındakı 11 yarımbəndin yerli icra hakimiyyətlərinə aid olduğunu diqqətə çatdırıb. Eyni zamanda, tədbirlər proqramında Azərbaycan şəhərlərinin Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının “Şəhərlərdə ağaclar” proqramına qoşulması istiqamətində işlərin həyata keçirilməsi də nəzərdə tutulub.



Gələcəyimiz olan gənclərdə ekoloji maariflənmənin daha da gücləndirilməsi baxımından tədbirin əhəmiyyətini vurğulayan G.Rəhimova Abşeron rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən çoxşaxəli layihələrdən danışıb, habelə rayonun alternativ enerji mənbəyi ilə zəngin ərazi olduğunu, burada dövlət tərəfindən müvafiq layihələrin icra edildiyini , gənclərin üzərinə düşən vəzifələri diqqətə çatdırıb, dövlətimizin qarşısında duran məqsədlər uğrunda həmrəyliyə, daha səylə çalışmağa və ətraf mühiti qorumağa çağırıb.



Daha sonra 4 saylı RETSİ Ətraf Mühitdən İstifadənin Tənzimlənməsi və Ekoloji Maarifləndirmə Sektorunun baş məsləhətçisi Rövşən Nəcəfquliyev və 4 saylı RETSİ Ətraf Mühitinin Mühafizəsinə Nəzarət və Ekoloji Monitorinq sektorunun məsləhətçisi Turanə Qocayeva “COP29: İqlim dəyişikliyi və ətraf mühitə dəstək üçün milli könüllü” mövzusunda təqdimatla çıxış edib.



Təqdimatda iştirakçılara bu ilin noyabr ayında Azərbaycanda dünyanın ən mötəbər tədbirlərindən biri hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 və onun əhəmiyyəti barədə məlumat verilib.

Diqqətə çatdırıb ki, COP (Conference of the Parties; Tərəflərin Konfransı) 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur. COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaqdır.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Abşeronda “COP29: İqlim dəyişikliyi və ətraf mühitə dəstək üçün milli könüllü” mövzusunda seminar keçirilib.
Abşeronda “COP29: İqlim dəyişikliyi və ətraf mühitə dəstək üçün milli könüllü” mövzusunda seminar keçirilib.
Abşeronda “COP29: İqlim dəyişikliyi və ətraf mühitə dəstək üçün milli könüllü” mövzusunda seminar keçirilib.
Abşeronda “COP29: İqlim dəyişikliyi və ətraf mühitə dəstək üçün milli könüllü” mövzusunda seminar keçirilib.
Abşeronda “COP29: İqlim dəyişikliyi və ətraf mühitə dəstək üçün milli könüllü” mövzusunda seminar keçirilib.
Abşeronda “COP29: İqlim dəyişikliyi və ətraf mühitə dəstək üçün milli könüllü” mövzusunda seminar keçirilib.
Abşeronda “COP29: İqlim dəyişikliyi və ətraf mühitə dəstək üçün milli könüllü” mövzusunda seminar keçirilib.
Abşeronda “COP29: İqlim dəyişikliyi və ətraf mühitə dəstək üçün milli könüllü” mövzusunda seminar keçirilib.

Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır
Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır
Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır
Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır