Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu

Tarix:2-09-2024, 17:34

Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu


Dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan Heydər Əliyev öz mənalı həyatını bütövlükdə doğma xalqına, millətinə, vətəninə, dövlətinə həsr etmişdir. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”- deyən qəlbi doğma Azərbaycanla bir vuran Ümummilli lider bütün dünya azərbaycanlılarına azərbaycançılıq ideologiyasına sadiqliyi, xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi. - “Bizim hamımızın bir vətəni var-bu Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycançılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.

Xalqını, vətənini canından artıq sevən böyük siyasətçi Heydər Əliyev Azərbaycanda “20 Yanvar” faciəsi törədilən gün hər bir təhlükəni göz önünə alaraq, heç nədən çəkinmədən oğlu İlham Əliyevlə birgə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək, respublikada “20 Yanvar” faciəsini törətmiş Sovet İttifaqı rəhbərliyini ittiham edən cəsarətli bəyanatla çıxış etdi. Bununla da xalqının ağır günündə onun yanında olduğunu bir daha sübut etdi.

Respublikanın ağır günlərində xalqla birgə olub, vətəni, xalqı xilas etmək üçün doğma Azərbaycana üz tutdu.

Lakin Azərbaycanda siyasi vəziyyətin olduqca gərgin və onlar üçün çıxılmaz olduğunu hələ anlamayan, hakimiyyəti heç cür əldən vermək istəməyən bir sıra qüvvələr dahi şəxsiyyətə Bakıya daxil olmağa imkan vermədilər.

Hava limanından birbaşa Naxçıvan Muxtar Respublikasına üz tutan Heydər Əliyev 3 sentyabr 1991-ci ildə həm deputatların, həm də minlərlə muxtar respublika sakininin tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Dahi rəhbər ağır şəraitdə - soyuq, qaranlıq iş otağında xalqı, dövləti üçün fədakarcasına çalışdı.

Blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar təşkil olundu.

24 mart 1992-ci il tarixdə Ankarada Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında işbirliyi protokolunun imzalanması bu baxımdan müstəsna əhəmiyyətə malikdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ümummilli Lider Heydər Əliyevi xatırlayaraq deyir: “Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur.”

Məhz 17 noyabr 1990-cı ildə keçirilən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsadət qaldırmışdır. 1991-ci ilin fevral ayının 5-də həmin vəsadətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir.

“Mən belə bir fikirdəyəm ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı.

Naxçıvan Muxtar Respublikası üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı” – deyə xalqın iradəsini yerinə yetirən Heydər Əliyev qeyd edirdi.

Bunlarla yanaşı, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. Naxçıvan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı. Eyni zamanda Sovet ordusunun əsgərləri Naxçıvan Muxtar Respublikasından çıxarıldı.

Dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyev demək olar ki, elə burada Azərbaycanın müstəqilliyinin təməlini qoydu.

Bu da taleyin bir hökmü, bir qisməti idi.

Respublikada vəziyyət olduqca ağır idi. Bir yandan xaricdən, bir yandan isə daxildən təxribatlar törədilirdi. Həmin vaxtı hakimiyyətdə olan Xalq Cəbhəsinin nümayəndələri xalqı idarə edə bilmirdi. Ölkə vətəndaş müharibəsi ərəfəsində idi. Rayon və kəndlərimiz erməni silahlı qüvvələri tərəfindən işğal edilirdi. Yerli sakinlər öz doğma yurd-yuvalarından didərgin düşürdülər. Azərbaycana qarşı əsassız torpaq iddiasında olan ermənilər təxribatlara əl atırdılar. Naxçıvan isə blokada şəraitində yaşayırdı. Məhz Heydər Əliyevin ağıllı, uzaqgörən siyasəti nəticəsində Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı, sabitlik təmin edildi. Naxçıvan Ulu öndərimizin iradəsi və siyasi zəkası sayəsində ayaqda durdu və bütün çətinliklərə sinə gərdi.

Ümummilli Liderimiz xalqı bu ağır çətinliklərdən çıxarmaq üçün milli birliyə nail olmağın zəruri olduğunu bildirdi. Odur ki, Heydər Əliyev Naxçıvan Ali Məclisinin 16 dekabr 1991-ci il tarixli iclasında dünya Azərbaycanlılarına üz tutdu, onları birliyə, həmrəyliyə səslədi.

“31 dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü” haqqında qərar qəbul edildi. Siyasi-ideoloji baxımdan böyük əhəmiyyət kəsb edən bu hadisə azərbaycançılıq ideologiyasının təbliği və ümumxalq birliyinin təmin edilməsi baxımından önəmlidir. Lakin ölkədə vəziyyət gərgin olaraq qalırdı. Dövlətçiliyi qoruyub saxlamaq üçün təcrübəli, qətiyyətli siyasi lider lazım idi. Azərbaycan xalqı vətənimizi bu çıxılmaz vəziyyətdən çıxara biləcək böyük, dünya şöhrətli siyasətçi fenomenal biliyə, bacarığa malik olan Heydər Əliyevə müraciət etdi.

Heydər Əliyev milyonlarla həmvətənlisinin arzusunu ifadə edərək 1993-cü ildə Bakıya gəldi: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi, bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”- dedi və xalqın etimadını doğrultdu Ulu Öndər Heydər Əliyev.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Konstitusiyadan suverenliyə uzanan Azərbaycanın dövlətçilik yolu
Konstitusiyadan suverenliyə uzanan Azərbaycanın dövlətçilik yolu
Konstitusiyamız milli dövlətçilik ənənələrimizin və demokratik dəyərlərimizin təcəssümüdür
Konstitusiyamız milli dövlətçilik ənənələrimizin və demokratik dəyərlərimizin təcəssümüdür
Azərbaycan bayrağı xalqımızın birliyi və şəhidlərimizin əbədi yadigarıdır
Azərbaycan bayrağı xalqımızın birliyi və şəhidlərimizin əbədi yadigarıdır
9 Noyabr Dövlət Bayrağı Günü milli qürurumuzun və dövlətçilik iradəmizin rəmzidir
9 Noyabr Dövlət Bayrağı Günü milli qürurumuzun və dövlətçilik iradəmizin rəmzidir
Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol
Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol
Qələbəyə aparan yol və Böyük Qayıdış
Qələbəyə aparan yol və Böyük Qayıdış
Şuşa Zəfərdən sonra yeni inkişaf və quruculuq dövrünü yaşayır
Şuşa Zəfərdən sonra yeni inkişaf və quruculuq dövrünü yaşayır
Şuşa - Qarabağın tacı, Zəfərin zirvəsi
Şuşa - Qarabağın tacı, Zəfərin zirvəsi
Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...