Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda sahibkarlarla görüş keçirilib

Tarix:20-09-2025, 00:27

Abşeron rayonunda sahibkarlarla görüş keçirilib


Abşeron Rayon İcra Hakimiyyəti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə rayonda sahibkarlarla görüş keçirilib. Tədbirdə sənaye, tikinti, kənd təsərrüfatı, heyvandarlıq, quşçuluq və ictimai iaşə sahələrində fəaliyyət göstərən 140-a yaxın sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, əlverişli biznes mühitinin yaradılması və dövlət dəstəyi mexanizmləri barədə məlumat veriblər. Qeyd olunub ki, rayonda urbanizasiya və əhali artımı fonunda xidmət və tikinti sektoru, ictimai iaşə, logistika, təhsil və səhiyyə sahələrində investisiya imkanları genişdir. Dövlət tərəfindən təqdim olunan subsidiyalar, güzəştli kreditlər, vergi güzəştləri, investisiya təşviqi sənədi və klasterləşməyə dəstək mexanizmləri sahibkarlar üçün əlavə imkanlar yaradır.

Xüsusi olaraq “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanunun 17-ci tapşırığı çərçivəsində sahibkarlıq fəaliyyətinə süni maneələrin aradan qaldırılması məsələsinə diqqət çəkilib. Bildirilib ki, Qanunvericiliyə əsasən, bütün dövlət orqanları sahibkarlıq sahəsində vəzifəsindən sui-istifadə edən və ya qanun pozuntusuna yol verən şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması üçün tədbirlər görülür. Bu addım biznes mühitinin şəffaflığını və qeyri-neft sektorunun inkişafını təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirdə torpaqların təyinatının dəyişdirilməsi, işğaldan azad olunmuş ərazilərdə inkluziv tədris mərkəzlərinin yaradılması, xarici bazarlara çıxış, sahibkarlıq sənədlərinin təşkili və infrastruktur məsələləri müzakirə edilib, sahibkarların ehtiyac və təklifləri dinlənilib.

Səfər çərçivəsində KOBİA nümayəndələri “Zəhmət Ruzi” MMC-nin ət və süd məhsulları istehsalı müəssisəsini ziyarət edərək, istehsal prosesi və dövlət dəstəyi imkanları barədə fikir mübadiləsi aparıblar. Qeyd edək ki, müəssisə KOBİA-nın müxtəlif dəstək alətlərindən, o cümlədən satış imkanlarının genişləndirilməsi mexanizmindən istifadə edib.

Abşeron rayonunda sahibkarlarla görüş keçirilib
Abşeron rayonunda sahibkarlarla görüş keçirilib
Abşeron rayonunda sahibkarlarla görüş keçirilib

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün