Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Yüksək kaloriyə malik səhər yeməyi arıqlamağa kömək edir

Tarix:26-03-2018, 00:14

Yüksək kaloriyə malik səhər yeməyi arıqlamağa kömək edir


Təl-Əviv Universitetindən olan tədqiqatçıların fikrincə, yüksəkkalorili səhər yeməyi piylənmədən və 2-ci tip şəkərli diabetdən əziyyət çəkən xəstələrin arıqlamasında kömək edir, diabetin əlamətlərini yüngülləşdirir və insulinə tələbatı azaldır.

Yeni tədqiqat xəstələrdə yüksəkkalorili səhər yeməyinin, orta miqdarda kalorili nahar və yüngül şam yeməyinin ənənəvi pəhrizdən, yəni gün ərzində 6 dəfə yeməklə kalorinin bərabər miqdarda bölündüyü müalicə pəhrizindən daha effektiv təsir göstərdiyini aşkar edib.

Tədqiqatın müəllifi Daniela Yakuboviçin fikrincə, səhər yaxşı yeyən xəstələr gün ərzində aclıq hissi keçirmir. Bu, həmçinin çəkinin azalmasına kömək edir, eləcə də insulindən az miqdarda istifadə edilir.

“Qida qəbulunda yeməyin vaxtı və miqdarı gün ərzində kalorinin dəqiq və bərabər miqdarda bölünməsindən daha yaxşıdır. Bizim metabolizm gün ərzində dəyişir. Səhər yeyilən bir tikə çörəklə axşam yeyilən həmin miqdarda çörəyin orqanizmə təsiri tamam fərqlidir”, - deyə Daniela Yakuboviç söyləyib.

D.Yakuboviç və onun həmkarları piylənmə və 2-ci tip şəkərli diabetdən əziyyət çəkən, insulinlə müalicə olunan 11 qadın və 18 kişinin səhhəti ilə bağlı müşahidə aparıblar. Onların orta yaşı 69 olub. Pasiyentləri iki qrupa bölüblər, lakin onların gün ərzində qəbul etdikləri kalorinin miqdarı eyni olub. Birinci qrupda səhər yeməyi yüksəkkalorili, nahar orta, şam yeməyi yüngül olub. İkinci qrup üçün ənənəvi pəhriz olub: gün ərzində 6 dəfə - səhər, günorta və axşam yeməyi və bunlar arasında üç dəfə olmaqla bərabər miqdarda kaloriyə malik qida qəbulu.

Üç aydan sonra birinci qrupdan olanlar orta hesabla 5 kiloqram, ikinci qrupdakılar isə 1,4 kiloqram arıqlayıb. Birinci qrupda karbohidrata tələbat və aclıq hissi ikinci qrupdan az olub. Bundan başqa, birinci qrupda qlükozanın miqdarı eksperimentin ilk 14 günündə xeyli azalıb, habelə pasiyentlər insulindən daha az istifadə ediblər.

Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib