Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Zibili zibil qutusuna atmaq mədəniyyətdir!

Tarix:5-05-2022, 19:31

Zibili zibil qutusuna atmaq mədəniyyətdir!
Səliqə-sahman, təmizlik bizə irsi keçən, babalarımızdan, nənələrimizdən qalma xüsusiyyətlərdəndir. Təmizliyə evimizin içindən başlasaq da, qapımızı açıb çölə boylananda hər yeri-həyətimizi, küçəmizi, məhəlləmizi, bütünlükdə vətən torpağınının hər bir qarışını abad, baxımlı, bəslənmiş, gülə-çiçəyə bürünmüş görmək istəyi keçir qəlbimizdən... Bunu yaratmaq və qorumaq isə hər birimizin borcudur... Atalarımız yaxşı deyib : “Bağa baxarsan bağ olar, baxmazsan dağ”...

Rayon ərazisində sağlam ekoloji mühitin yaradılması məqsədilə mühüm tədbirlər həyata keçirilir. Abşeron rayonunda məişət tullantılarının atılması üçün 500-dən çox məntəqədə 1500-ə yaxın zibil qutusu yerləşdirilib. Məsələ burasındadır ki, rayonda 700 minə yaxın sakin yaşayır. Hər sakinin evi olan Abşeronun təmiz qalmasında onların rolu böyükdür. Amma insanlar tullantıları nəzərdə tutulan qutulara deyil, kənarlara atırlar. Görünən mənzərə isə ürəkaçan olmur. Səliqəsislik və tullantıların yaratdığı pis qoxu narahatlıq yaradır. Gündə 3 dəfə maşınlar tərəfindən yığılan məişət tullantıları "Balaxanı poliqonu"na daşınır. Buna baxmayaraq, Abşeron rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq şifahi və yazılı xəbərdarlıq olunsa da, bəzi sakinlər buna məhəl qoymurlar.Vətəndaşlar təmizliyə riayət etsələr, zibili qutulara atsalar, təmizlik işçiləri o zibili yerdən yox, qutulardan daha tez götürə bilərlər .

Belə demək mümkünsə, ümumiyyətlə, insanlar zibili qutulara deyil, yerə atmağa bir növ adət ediblər. Binaların, küçələrin arxasında zibil qabları olsa da insanlar əllərindəki əşyaları, zibili hara gəldi atırlar. Kimisi içdiyi su qabını, çəkdiyi siqaretin kötüyünü küçəyə atır. Hətta çoxmərtəbəli binanın sakinləri pampersi, salafana bükülmüş zibili elə yuxarıdanca yerə atır. Belələrinə isə irad bildirəndə elə cavab verirlər ki, deməyinə də peşman olursan. Çox təəssüf, bu adamlar başa düşmək istəmir ki, zibili, tullantıları müvafiq yerlərə qoymaq, ətrafı təmiz saxlamaq bir mədəniyyətdir. Bu mədəniyyət uzun illər öncədən xarici ölkələrdə ciddi şəkildə formalaşıb.

Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur