Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Rəqəmsal innovasiyaların tətbiqi vətəndaşların ədliyyə sisteminə əlçatanlığını asanlaşdırır

Tarix:15-03-2023, 10:59

Rəqəmsal innovasiyaların tətbiqi vətəndaşların ədliyyə sisteminə əlçatanlığını asanlaşdırır


Ölkə Prezidenti cənab İlham Əliyevin korrupsiyanın qarşısının alınması, şəffaflığın artırılması, açıq hökumətin təşviqi, müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı tapşırıqlarının icrası Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi, əhaliyə göstərilən hüquqi xidmətlərin səmərəliliyinin artırılması, o cümlədən elektron xidmətlərin dairəsinin genişləndirilməsi üzrə davamlı tədbirlər həyata keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin müasirləşdirilməsi çərçivəsində ədliyyənin bütün sahələrində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Belə ki, “Elektron hökumət” sisteminin fəal iştirakçısı olan Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlara 40-a yaxın müxtəlif elektron xidmətlər göstərilir
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının elm və texnikanın nailiyyətlərindən istifadə etməklə aparılması və keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılması ilə əlaqədar akt qeydlərinin hazırda işlənilən nümunələrinin əvəzinə onların optik oxunmasına və məlumatların elektron şəbəkə vasitəsilə ötürülməsinə imkan verən yeni formaları və müvafiq proqram təminatı tərtib olunmuşdur.Bütün bunlar vətəndaşlıq məmnunluğunu təmin etmək və əhaliyə layiqincə ədliyyə xidməti göstərmək məqsədi daşıyır.

Azərbaycan Prezidentinin elektron sektorunun inkişafı çərçivəsində dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinə dair fərmanına uyğun olaraq hazırda ədliyyənin bütün sahələrində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin genişləndirilməsi üçün daim tədbirlər görülür.

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsinə dair görülmüş bütün işlər bu istiqamətdə səmərəli fəaliyyətin əsasını təşkil etmiş və onun inkişafına xidmət etmişdir. İnsanların problemini yerindəcə həll etməyə, dövlət qurumlarında göstərilən xidmətlərin şəffaflaşdırılmasına xidmət edən, vaxta qənaət, əlverişli, keyfiyyətli, şəffaf,rahat olması kimi əsas üstünlükləri olan elektron müraciətlərin təkmilləşdirilməsi dövlət qurumlarının əsas məqsədinə çevrilmişdir. İdarəetmə sahəsində qabaqcıl innovasiyaların və yeni texnologiyaların tətbiqi, eləcə də vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi üzrə görülən işlər çərçivəsində ölkə Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanının qəbul olunması elektron xidmətə keçidin sürətləndirilməsində, bu sahədə aparılan islahatların davamlılığının təmin edilməsində xüsusi rol oynamışdır. “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2015-ci il tarixli Fərmanı bu sahədə görülən işlərin uğurla davam etdirilməsinin bariz nəticəsidir.
İndiyə kimi Elektron xidmətlərin təkmilləşdirilməsi sahəsində bir çox qanunvericilik aktları qəbul olunmuş ,eyni zamanda , Ailə Məcəlləsinə müvafiq dəyişiklik edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, habelə doğumun və ölümün qeydə alınması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsi məqsədilə Azərbaycan Respubikası prezidenti 23 sentyabr 2020-ci il tarixli 1160 saylı “ Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” fərman imzalayıb.

Bu gün Ədliyyə Nazirliyinin bütün sahələrində o cümlədən vətəndaşlıq vəziyyəti aktları ilə bağlı vətəndaşlara daha keyfiyyətli xidmət göstərmək məqsədi ilə bir çox elekton müraciətlər üçün şərait yaradılmışdır. Əhalinin hüquqi maarifləndirilməsi işində mühüm rol oynayan, əhalinin ən çox müracıət etdiyi vətəndaşlıq vəziyyəti aktlarını həyata keçirən qurumların, qeydiyyat şöbələrinin fəaliyyəti əhəmiyyətli dərəcədə artmışdır.

Təsadüfi deyil ki, hər bir insan həyatı boyunca vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı qeydiyyat şöbələrinə müraciət edir. Bu aktlar Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri və icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən həyata keçirilir. Ədliyyə Nazirliyinin rəsmi internet saytında (www.justice.gov.az) elektron xidmət bölməsi yaradılmış və burada vətəndaşlıq vəziyyəti aktları ilə bağlı elektron xidmətlər sadalanmışdır. Belə ki, vətəndaşlar çətinlik çəkmədən, çox asan şəkildə "vətəndaşlıq vəziyyəti aktları" bölməsinə daxil olaraq ,doğumun, nikahın ,nikahın pozulmasının , adın, ata adının və soyadın dəyişdirilməsinin, atalığın müəyyən edilməsinin, ölümün ,övladlığa götürmənin qeydə alınması,həmçinin,vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair təkrar şəhadətnamələrin və arayışların verilməsi, soyad sonluğunun dəyişdirilməsi barədə elektron müraciət edə bilərlər. Xüsusilə, qeyd etmək lazımdır ki, vətəndaşların vaxta qənaət edərək, şəffaf və rahat şəkildə nikaha daxil olmaq və nikahın pozulması üçün ərizəni və bununla bağlı zəruri sənədləri qeydiyyat orqanına elektron qaydada göndərməsi, qeydiyyat orqanına yaxınlaşmadan, qeydiyyatın təyin olunduğu günü müəyyənləşdirməsi , artıq realığa çevrilmişdir. Digər tərəfdən isə ,elekton müraciət daxil olan müvafiq şöbə tərəfindən vətəndaşı sistem vasitəsi ilə cavablandırmaq, məsləhətlər vermək və sənədlərindəki çatışmamazlıqla bağlı xəbərdarlıq etmək imkanı yaradılmışdır
Hal- hazirkı dövrdə vətəndaşlarımız my.gov.az internet saytına daxil olaraq, qeydiyyatdan keçməklə və şəxsi kabinet yaratmaqla “myGov” portalı üzərindən doğumun və ölümün qeydə alınması üçün elektron müraciət edə bilirlər.

Nikah qeydiyyatı üçün elektron müraciət

Bu xidmət vasitəsilə vətəndaşlar nikah qeydiyyatı üçün elektron müraciət edə bilər. Bunun üçün “www.exidmet.justice.gov.az” Elektron Hökumət portalına daxil olub, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlərin siyahısından “Nikah qeydiyyatı üçün elektron müraciət” xidmətini seçməlidirlər.Açılan formanın içində “Qeydiyyat orqanı” sətrində lazımi qeydiyyat orqanının adını seçdikdən sonra, nikaha daxil olan vətəndaşlar təqdim olunan xüsusi sətirlərə öz şəxsi məlumatlarını yazmalıdırlar. Həm kişi, həm də qadın şəxsi məlumatlarını doldurduqda sağlamlıq haqqında tibbi arayışları da əlavə etməlidir. Qeyd olunmuş sətirlərin hamısını şəxsi məlumatlarla doldurduqdan sonra “Təsdiq” düyməsindən istifadə edərək yaradılmış elektron müraciəti Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərildikdə açılan növbəti səhifədə müraciətin qəbul olunduğu və dövlət rüsumunun onlayn ödənilməsinə keçib barədə məlumat öz əksini tapır. Ödəniş səhifəsinə keçdikdə xidmətin növü “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı”,“Qurumun adı” müraciət ediyiniz qeydiyyat şöbəsi, “Ödənişin təyinatı” “Nikahın qeydə alınması” seçilir. Bütün xanalar doldurulduqdan sonra “Növbəti” düyməsi sıxılaraq məlumatların yoxlanılması səhifəsinə keçid edilir. Əgər daxil etdiyiniz məlumatlar düzdürsə , “Ödəniş et” düyməsi sıxılaraq ödəmə səhifəsinə keçid edilir. Nikah üçün ərizə uğurla sonlandıqda qeyd edilən elektron poçt ünvanına müraciətin qəbulu barədə bildiriş göndərilir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 noyabr tarixli 28-N nömrəli Qərarı ilə “ Nikah haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə “ inzibati reqlament təsdiq edilmişdir. Bu inzibati reqlamentdə qeyd olunur ki, nikaha daxil olmaq istəyən şəxslər qeydiyyat orqanına getmədən elektron qaydada nikaha daxil olmaq haqqında ərizə formasını dolduraraq, nikahın vaxtını və tarixini müəyyənləşdirirlər. İnformasiya sisteminin müvafiq pəncərəsində nikaha daxil olmaq istəyən şəxslərdən hər biri yuxarıda qeyd olunan məlumatları daxil edir, həmçinin nikah tarixini, saatını və yerini müəyyənləşdirərək elektron ərizə formasını təsdiq edir. Sorğu qəbul olunduğu təqdirdə bu barədə istifadəçiyə müvafiq məlumatlar təqdim olunur.

Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar bölməsində isə elektron xidmətin göstərilməsi və ya imtina edilməsi əksini tapır:- İstifadəçilər müvafiq məlumatları səhv daxil etdikdə, həmçinin şəxsiyyət vəsiqəsi qüvvədən düşdükdə sistem tərəfindən sorğunun yerinə yetirilməsindən imtina edilir. Sorğunu yerinə yetirməkdən imtina istifadəçinin yenidən sorğu verməsinə mane olmur. İstifadəçilər müvafiq məlumatları düzgün daxil etdikdə sorğu qəbul olunur. İstifadəçi elektron xidmət vasitəsilə aidiyyatı qeydiyyat orqanını seçərək, qeyd olunanlar əsasında elektron qaydada ərizə formasını doldurduqdan sonra nikahın qeydiyyatının aparılması üçün vətəndaşın müraciətinə əsasən tarix təyin edilir və vətəndaş nikahın rəsmiləşdirilməsi üçün qeydiyyat orqanına dəvət edilir.
Elektron xidmətin icrasına görə aidiyyatı qeydiyyat orqanının rəhbəri məsuliyyət daşıyır. Qeydiyyat orqanının məsul şəxsi sənədləri və elektron ərizə formasını qəbul edir; – Məlumatların düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub - olmaması qeydiyyat orqanının məsul şəxsi tərəfindən yoxlanılır; – Nikahın qeydiyyata alınması üçün vətəndaşın müraciətinə əsasən tarix təyin edilir və vətəndaş nikahın rəsmiləşdirilməsi üçün qeydiyyat orqanına dəvət edilir (elektron bildiriş alır).İnzibati əməliyyatlar qeydiyyat orqanı tərəfindən 1 iş günü müddətində icra edilir, sənədlər və elektron ərizə forması qəbul edilərək çap olunur.

Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi keçirilir. inzibati reqlamentdə qeyd nəzarəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi həyata keçirir.Daxil olan müraciətlərin olunan Nəzarətin qaydası: Monitorinq nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir. Elektron xidmətlərin göstərilməsinə görə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi məsuliyyət daşıyır.


Azərbaycan ədliyyəsinin davamlı inkişafı yolunda əldə olunan nailiyyətlər bütün ədliyyə işçilərində böyük ruh yüksəkliyi doğurmaqla, hamımızın qurub-yaratmaq əzmini daha da artırır.

Ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin daha da qüdrətlənməsi və demokratik hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimiz cənab İlham Əliyevə yardımçı olmağı özlərinin vəzifə və vətəndaşlıq borcu sayırlar.

Pərvin Əliyeva
5 saylı "ASAN Xidmət" mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi

Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var