Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ad, soyad və ata adını necə dəyişmək olar?

Tarix:7-04-2023, 16:52

Ad, soyad və ata adını necə dəyişmək olar?


Ad insanı geniş insan kütləsi arasında, o cümlədən mülki hüquq münasibətlərində fərdiləşdirilən bir vasitədir. Tarixən insanlara anadan olduqları vaxtdan müəyyən ad verilir və həmin şəxs bu ad altında yaşayıb fəaliyyət göstərir. Adsız fəaliyyət göstərən şəxs olur, lakin adsız insan olmur.
Mülki qanunvericiliyə görə ad məfhumu şəxsin adı ilə yanaşı onun soyadını və atasının adını da əhatə edir. Şəxsin adı bu üç göstərici ilə ifadə olunur. Hər bir fiziki şəxs mülki hüquq münasibətlərinə girmək üçün öz adından müəyyən müqavilə bağlayır, əmlakını öz adından satır, bağışlayır, vəsiyyət edir və s.

Adın, soyadın, ata adının verilməsi və dəyişdirilməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Bu qərara görə uşağın mənafeyinə xələl gətirəcək, cinsinə uyğun gəlməyən, gülünc adların verilməsi ilə bağlı məhdudiyyətlər qoyulub. Bu məhdudiyyətlərin tətbiqi Azərbaycan ədəbi dil normalarına uyğun olmayan adların qoyulmasının qarşısını almağa imkan verir.

Qeydiyyat şöbəsinin hüququ və vəzifələrindən biri də müraciət edən valideynlərə uşaqları üçün seçilən adların izahını və tövsiyələrini verməkdir. Ədliyyə Nazirliyinin rəsmi saytındakı elektron xidmətlər bölməsində valideynlərə uşaqlarına ad seçilməsində kömək məqsədilə Azərbaycan adları, onların mənşəyi və izahı, əhali arasında yayılma səviyyəsi və sair informasiya almaq üçün axtarış sistemi mövcuddur.

Aparılan maarifləndirmə və təbliğat işlərinə baxmayaraq, Azərbaycanda bəzi valideynlər yeni doğulan uşaqlara qəribə adlar qoymağa davam edirlər. Azərbaycan Respublikası Qanunverici aktlarına uyğun olaraq uşağın mənafeyinə xələl gətirən, cinsə uyğun olmayan gülünc adları qoymaq olmaz.

Ad, soyad və ya ata adını dəyişdikdən sonra o, mütləq yenidən müvafiq qurumlara müraciət edərək sənədlərini yeniləməlidir.

Yeni qanun layihəyəsinə əsasən, ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınacaq.
Adın, ata adının və soyadın dəyişdirilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.


Qanun adın, ata adının, soyadın dəyişdirilməsinə müəyyən hallarda icazə vermir. Belə ki,ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, şəxsin götürülməmiş və ya ödənilməmiş məhkumluğu, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş olduqda adın, аtа adının və soyadın dəyişdirilməsinə yol verilmir.

Nigar Bağırova
Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin rəis vəzifəsini icra edən

Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur