Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Korrupsiyaya qarşı maarifləndirici tədbirlər uğurla davam etdirilir

Tarix:19-04-2023, 15:23

Korrupsiyaya qarşı maarifləndirici tədbirlər uğurla davam etdirilir


Abşeron rayonunda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının 6.2 və 6.9-cu yarımbəndlərinin icrası məqsədi ilə “Korrupsiyaya birgə yox deyək” mövzusunda videokonfrans keçirilib. Onlayn formatda keçirilən tədbirdə Abşeron rayon icra hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, aparatın məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə və müəssisə rəhbərləri, ictimai şuranın üzvləri və media nümayəndələri iştirak ediblər.

Tədbirdə korrupsiyanın cəmiyyətin hər bir sahəsində inkişafı əhəmiyyətli dərəcədə zəiflədən, idarəçiliyin səmərəliliyinə zərbə vuran, hüquq və azadlıqlarının pozulmasına gətirib çıxaran, qanunun aliliyinə təhlükə yaradan, əlverişli biznes mühitinin yaranmasına mane olan və digər mənfi təzahürlərə yol açan ciddi sosial bəla olduğu qeyd edilib.

Çıxış edənlər antikorrupsiya davranış modelinin formalaşdırılması və cəmiyyətdə məlumatlılığın artırılmasında medianın rolundan bəhs ediblər. Bildirilib ki, korrupsiyaya qarşı mübarizəyə dair müxtəlif illərdə qəbul olunmuş proqramların səmərəli tətbiqi və elektron xidmətlərdən istifadənin təşviqi nəticəsində dövlət qurumlarının fəaliyyətində şəffaflığa və vətəndaş məmnunluğunun artırılmasına nail olunmuşdur. Dövlət qurumları tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində aparılan maarifləndirici tədbirlərdə media və vətəndaş cəmiyyəti institutları nümayəndələrinin iştirakına şərait yaradılması və bu barədə öz internet və sosial şəbəkə səhifələrində işıqlandırılmasının vacibliyi qeyd olunub. Həmçinin tədbirdə Rayon icra hakimiyyətinin “Rəqəmsal İcra Hakimiyyəti” portalı vasitəsilə göstərdiyi elektron xidmətlərin üstünlükləri barədə vətəndaşların mütəmadi məlumatlandırılması barədə inzibati ərazi dairəsi üzrə nümayəndələrə müvafiq tapşırıq və tövsiyələr verilib.

Tədbirin sonunda korrupsiyaya qarşı mübarizəyə dair videoçarx nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının 6.2 və 6.9-cu yarımbəndlərinin icrası məqsədi ilə Abşeron rayonunda bir sıra maarifləndirici görüşlər və tədbirlər keçirilib. Belə ki, hər iki bəndin icrası ilə bağlı Xırdalan şəhərində, eləcəd də rayonun kənd və qəsəbələrində yerləşən təhsil və səhiyyə ocaqlarında cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirici görüşlər keçirilib, dövlət qurumlarının və bələdiyyələrin internet və sosial şəbəkə səhifələrində, o cümlədən kütləvi informasiya vasitələrində müxtəlif videoçarxlar nümayiş etdirilib, eləcə də bukletlər hazırlanaraq sakinlərə paylanılıb.

Korrupsiyaya qarşı maarifləndirici tədbirlər uğurla davam etdirilir
Korrupsiyaya qarşı maarifləndirici tədbirlər uğurla davam etdirilir
Korrupsiyaya qarşı maarifləndirici tədbirlər uğurla davam etdirilir
Korrupsiyaya qarşı maarifləndirici tədbirlər uğurla davam etdirilir
Korrupsiyaya qarşı maarifləndirici tədbirlər uğurla davam etdirilir
Korrupsiyaya qarşı maarifləndirici tədbirlər uğurla davam etdirilir

Korrupsiyaya qarşı maarifləndirici tədbirlər uğurla davam etdirilir

Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur